İdman
Türkiyədə Lobanovskinin şərəfinə yaradılan komanda: "Dinamo"nun aqibəti acınacaqlı oldu
Bursa bu gün Türkiyənin futbol baxımından olduqca diqqətəlayiq şəhərlərindən biridir. Əhali baxımından isə ölkənin dördüncü ən sıx şəhəridir.
Yerli "Bursaspor" ölkənin səviyyəcə 4-cü çempionatında - Üçüncü Liqada qızıl medallar uğrunda mübarizə aparır. Bu, klubun ən pis dövrüdür. "Timsahlar"ın uğurları da olub. 2009/10 mövsümündə qazanılan Superliqa çempionluğu bunlardan biridir.
Eyni zamanda "ağ-yaşıllar"ın ev oyunlarını keçirdiyi "Timsah Arena"da görkəmi və nəhəngliyi ilə diqqət çəkir.

Ötən əsrin altmışıncı illərində şəhər regional solçu hərəkatın mərkəzinə çevrilmişdi. Mesken rayonu kommunistlərə xüsusilə rəğbət bəsləyirdi. Əfsanəvu ukraynalı məşqçi Valeri Lobanovski isə Kiyev “Dinamo”su ilə burada futbola böyük sevgi gətirdi.
Lobanovskinin başçılıq etdiyi “Dinamo”nun tarixdə ilk dəfə Kuboklar Kubokunun qalibi olduğu mövsümdə yolu Bursadan da keçmişdi. Kiyev komandası 1/4 finalda "Bursaspor"a rəqib olmuşdu. Yerli tələbələr Kiyev komandasına görə stadiona axışdılar və onları dəstəkləyirdilər. Onlar "Bursaspor"u da dəstəkləməyi unutmurdular.
Meskendən olan gənclər “Dinamo”nun oyunundan o qədər ruhlandılar ki, öz komandalarını yaratmağa qərar verdilər. Klub "Dinamo Mesken" adlandırıldı və həvəskar liqalarda çıxış etməyə başladı. Ən yüksək nəticə isə Türkiyənin dördüncü ən güclü liqası oldu.
Təbii ki, SSRİ-yə açıq və israrla rəğbət bəsləyən tələbələrə dövlət uzun müddət göz yuma bilməzdi. Komanda hakimlər, rəqib azarkeşlər (xüsusən də sağçılar) və nəhayət, hakimiyyət tərəfindən təzyiqə məruz qaldı.

Futbolçular 1980-ci il çevrilişindən sonra hüquq-mühafizə orqanlarının əməkdaşlarının onları necə döydüklərini və qanunsuz olaraq saxladıqlarını xatırlayırlar. Tezliklə klub və bazası bağlandı, futbolçulara qarşı cinayət işi açıldı, bəziləri evlərindən qovuldu.
Belə bir təzyiq altında klub açıq şəkildə yaşamaq üçün pul yığmağa davam edə bilməzdi. Bu, həm pul verənlər, həm də onu qəbul edənlər üçün təhlükəli idi. Beləcə, Meskenin "Dinamo"sunun hekayəsi sona çatdı. Onlar cəmi 5 il fəaliyyət göstərə bildilər.
Heybət
-
Magazin119:10Xalq artistinin müalicəsi nəzarətə götürüldü
-
Nəqliyyat17:48Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırıldı
-
Region15:34Paşinyan Rusiyanı şantaj edir - Ermənistana sərt xəbərdarlıq
-
Rəsmi xronika15:11İlham Əliyev Niderlanda yeni səfir təyin etdi
-
Dünya12:20Bu ölkələr hərəkətə keçdi: Rusiya ilə müharibə başlayır?
-
Magazin112:11Xalq artisti reanimasiyaya yerləşdirildi - FOTO
-
MDB11:32Ukraynanın bir günlük müharibə xərci açıqlandı - DƏHŞƏT SAÇAN RƏQƏM
-
İdman10:14Messi həyat yoldaşı ölən xanım jurnalistə nə təklif edibmiş? - Hər şeyi yazdı













.jpg)




















