Dünya
31 ton qızılın ünvanı dəyişir: Venesuelanın ehtiyatları bu ölkəyə köçürülür
Venesuelanın 2018-ci ildən bəri İngiltərədə saxlanılan, təxminən 4 milyard dollar dəyərində 31 ton qızıl ehtiyatının ABŞ-a köçürülməsi planlaşdırılır.
Publika.az xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.
Bildirilib ki, hökumətlə müxalifət arasında əldə olunması gözlənilən yeni razılaşmaya əsasən, qızıllar ABŞ Federal Ehtiyat Sisteminin (FED) Nyu-Yorkdakı kassalarına transfer ediləcək.
Razılaşma çərçivəsində qızıllara hüquqi nəzarət Venesuelanın yeni hökumətinə keçəcək. Lakin Karakasın bu ehtiyatları satmasına icazə verilməyəcək. Qızıldan yalnız beynəlxalq maliyyə qurumlarından alınacaq kreditlər üçün təminat kimi istifadə olunması nəzərdə tutulur.
Məlumata görə, əldə ediləcək maliyyə vəsaitinin ölkədə yenidənqurma işlərinə və uzunmüddətli inflyasiya böhranı ilə mübarizəyə yönəldilməsi planlaşdırılır.
Qeyd edək ki, Venesuelanın qızıl ehtiyatları ilə bağlı mübahisə 2018-ci ildən davam edir. İngiltərə həmin il keçirilən prezident seçkisindən sonra Nikolas Maduronu legitim dövlət başçısı kimi tanımayıb və Venesuelanın Londonda saxlanılan qızıl ehtiyatlarına çıxışını məhdudlaşdırıb.
Müəllif: Roza
-
İqtisadi gündəm00:45Yaxın 4 ildə Qarabağ və Şərqi Zəngəzura görün nə qədər xərclənəcək...
-
Qoroskop00:15Günün ULDUZ FALI - Hesablanmış risklər böyük dividendlər gətirə bilər
-
Magazin115 Oktyabr 23:48Elza başına quş yumurtası qoydu
-
Magazin115 Oktyabr 23:00Vüsalədən bacısı ilə bağlı paylaşım - FOTO
-
Yaxın Şərq15 Oktyabr 22:36Raketlə vurulan prezident sarayından kimlər sağ çıxıb? - Baş nazir və...
-
İdman15 Oktyabr 21:36Mourinyo 16 il əvvəlki “pişik” əhvalatını yenidən gündəmə gətirdi
-
Magazin115 Oktyabr 21:24Mətanət dünən buna görə efirə çıxmayıb - - Acı xəbər alıb
-
ABŞ15 Oktyabr 20:00Nidal Həsən belə edam ediləcək - Tramp qadağa qoydu

































