İdman
UEFA Azərbaycan klublarına görün nə qədər vəsait ayırdı - SİYAHI
UEFA Avropanın bütün 55 milli assosiasiyasının üzv olan 901 kluba maddi vəsait ayırıb.
Publika.az xəbər verir ki, bu barədə qitənin ali futbol qurumunun bu gün açıqladığı hesabatənda bildirilib.
Vəsaitin ümumi məbləği 233 milyon avro təşkil edir. Onların sırasında elit və aşağı liqa təmsilçiləri var. Vəsait klublara futbolçularının UEFA-nın milli komanda turnirlərində - 2020/21 və 2022/23 Millətlər Liqası, “Avro-2024”ün seçmə və final mərhələlərində iştirakına görə ayrılıb.
Azərbaycana 1 milyon 717 min avro ayrılıb ki, bu da Avropada milli komandalara futbolçu göndərən klublarımız arasında bölünüb.
Siyahıya “Qarabağ” başçılıq edir. Ağdam klubunun qazancı 681 min 574 avro təşkil edib. Sonrakı yerləri “Sabah” (292 min 720 avro) və “Neftçi” (241 min 494 avro) tutub.
UEFA-nın hesabatına görə, Azərbaycan klublarına aşağıda qeyd edilən miqdarda vəsait ayrılıb (Sənəd UEFA-nın hesabatından götürülüb). ("Qafqazinfo")
-
Magazin114:27Roza Zərgərli: Onlar mənim simamda Azərbaycan mədəniyyətini salamlayırlar
-
MDB14:00Ukrayna Kurtovkanı belə itirdi - VİDEO
-
Magazin213:25Uşağını qucağına götürən müğənni xəstəxanalıq oldu - FOTOLAR
-
Ekologiya12:42Sabahın hava proqnozu açıqlandı
-
Yaxın Şərq12:08İranın Xark adasında partlayışlar eşidilir
-
İdman11:00Günün oyunları - AFİŞA
-
MDB09:38Ukraynanın metallurgiya zavodları vuruldu
-
İqtisadi gündəm08:30Azərbaycanda yeni qayda qüvvəyə mindi - Detallar


















.png)
















