Litvada ABŞ hərbçiləri ilə bağlı yeni qərar - Vaşinqtondan mühüm addım
Bizi izləyin

Dünya

Litvada ABŞ hərbçiləri ilə bağlı yeni qərar - Vaşinqtondan mühüm addım

Litvada ABŞ hərbçiləri ilə bağlı yeni qərar -  Vaşinqtondan mühüm addım

Litva prezidenti Gitanas Nauseda ABŞ hərbçilərinin növbəti qrupunun ölkəyə gəldiyini açıqlayıb. ABŞ-ın Avropadakı hərbi qüvvələrinin yerləşdirilməsi siyasətinə yenidən baxdığı bir vaxtda baş verən bu proses Vilnüsün ölkədəki ABŞ hərbi kontingentinin azaldılacağı ilə bağlı narahatlıqları fonunda diqqət çəkib.

Publika.az xəbər verir ki, Nauseda ABŞ prezidenti Donald Trampa və ABŞ administrasiyasına bu qərara görə təşəkkür edib. O bildirib ki, ABŞ hərbçilərinin Litvaya göndərilməsi ölkənin və bütövlükdə regionun təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır.

Xatırladaq ki, 2019-cu ildən Litvada təxminən 1000 nəfərlik ABŞ hərbi batalyonu rotasiya əsasında yerləşdirilib. Batalyonun tərkibində “Abrams” tankları, “Bradley” piyada döyüş maşınları və “Paladin” artilleriya sistemləri olub. 2024-cü ilin noyabrında rotasiya formatı dəyişdirilərək ABŞ hərbçilərinin fasiləsiz şəkildə ölkəyə gəlməsi təmin edilib. Lakin bu ilin iyununda ABŞ batalyonu Litvadan çıxarılıb və Vaşinqtonun ölkədə gələcək hərbi iştirakı ilə bağlı açıqlama verilməyib.

Müəllif: Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm