İdman
Qırmızı saçlı sirli qadın: Pike Klaradan da ayrılıb?
"Barselona"nın keçmiş müdafiəçisi və tanınmış iş adamına çevrilən Jerar Pike yenidən şəxsi həyatı ilə gündəmə gəlib.
Publika.az xəbər verir ki, bu dəfə media onun son üç ildə birlikdə olduğu sevgilisi Klara Çiadan ayrıldığı barədə məlumat yayıb. İspaniyanın "Vamos a ver" adlı şousunun jurnalisti Adriana Dorronsoro Pike ilə Klara arasındakı münasibətin bitdiyini bildirib.
"Mən onların ayrıldığına dair təsdiq aldım. İndi bunun səbəbini anlamağa çalışıram, çünki üçüncü tərəflərin müxtəlif versiyaları var", - deyə jurnalist açıqlamasında bildirib.
Mümkün səbəblər arasında media Jerarın Mayamidə sirli qırmızı saçlı qadının yanında görünməsini göstərilir ki, bu da söz-söhbətləri daha da artırır. Lakin hələlik bu məlumatın rəsmi təsdiqi yoxdur.
"Marca" nəşri isə Pikeyə yaxın mənbələrə istinadən xəbər verib ki, ayrılıq ilə bağlı məlumat yalandır və cütlük hələ də birlikdədir.
Xatırladaq ki, Klara Pikenin evli olduğu müğənni Şakiradan boşanmasına səbəb olan qadındır.

-
Dünya09:48Alimlərdən şok proqnoz: Qiyamət günü ilə bağlı yeni tarix açıqlandı
-
İnanc09:30Butulka basdırır, rozmarin əkirdilər - İnsanlar evlərini cadudan necə qoruyurdu?
-
Sosial09:00Sentyabr və oktyabr niyə işçilər üçün ən çətin aylardır?
-
Hadisə08:41Bakı metrosunda problem: Stansiyalarda izdiham yarandı - VİDEO
-
Kriminal07:35Narkobaronların qazanc mənbəyi dəyişdi - İldə 21 milyard dollarlıq “yeni alver”
-
İdman06:46“Real”la İnfantino arasında gizli anlaşma
-
Qoroskop01:40Günün ulduz falı: Həyatınızda yeni bir səhifə açmaq üçün ideal fürsət yaranacaq
-
Hadisə01:20Azərbaycanda faciə: 2 yaşlı uşaq hovuzda boğularaq öldü











.jpg)



.jpg)




















