İdman
İngiltərə Çempionlar Liqasında 6 klubla təmsil olunacaq
İngiltərə Çempionlar Liqasının 2025/2026 mövsümündə 6 komanda ilə təmsil olunacaq.
Publika.az xəbər verir ki, bu “Mançester Yunayted” və “Tottenhem”in Avropa Liqasında finala yüksəlməsindən sonra dəqiqləşib. UEFA-nın reqlamentinə görə, Avropa Liqasının qalibi birbaşa Çempionlar Liqasına vəsiqə qazanacaq. Finalçılar İngiltərə Premyer Liqasında qitənin ən nüfuzlu turnirinə şans verən ilk 5 yerdə qərarlaşmadığı üçün bu, ölkə üçün əlavə yer olacaq.
Qeyd edək ki, “Liverpul” çempion olmaqla ilk hüquqa sahib olub. Hesabında 67 xal olan “Arsenal” da bu vəsiqəni əldə etməyə çox yaxındır. Digər 4 yer uğrunda isə 5 komanda – “Mançester Siti”, “Nyukasl”, “Çelsi”, “Nottingem” və “Aston Villa” mübarizə aparır.
Heybət
-
Dünya12:00Milyarderlər gizlicə narkotik qəbul edirlər: İndi bunu cəmiyyətə yayırlar
-
Nida Xəbər 11:22Milli Məclisin iclası başladı
-
Dünya11:18Putin şəxsən xahiş edib: Bu mesajı Trampa çatdırın
-
Region11:15Saakaşvili həbsxanada tanınmaz hala düşdü: Yeni imici diqqət çəkdi - FOTO
-
Dünya10:00İranla danışıqlar səhv və fəlakətdir - ABŞ-dan etiraf gəldi
-
Maraq dünyası09:48Uğur qapıları bu 4 bürc üçün açılır
-
Sosial08:24Pensiya ilə bağlı vacib məlumat - 30 min manatı tez almaq üçün…
-
Hadisə06:16Qəfil vəfat edən Leysan tanınmış ailənin övladı imiş



































