İdman
İkinci liqaya göndərilən məşhur klub üsyan etdi: Sübut edəcəyik ki...
“Lion” Fransa Futbol Federasiyasının nəzdində fəaliyyət göstərən Milli Nəzarət və İdarəetmə Departamentinin (DNCG) klubun ikinci Diviziona (Liqa 2) endirilməsi barədə qərarına qarşı apellyasiya şikayəti verəcək.
Publika.az xəbər verir ki, bu barədə Fransanın yeddiqat çempionunun rəsmi saytında yayımlanan bəyanatda bildirilib.
“Lion” DNCG-nin verdiyi anlaşılmaz qərardan dərhal apellyasiya verəcəyini təsdiqləyir. Son aylarda DNCG ilə sıx əməkdaşlıq etmişik, tələb olunan məbləğlərdən də artıq sərmayə qoyaraq, bütün tələbləri yerinə yetirmişik. Səhmdarlarımızın ianələri və "Kristal Pelas" klubunun satışından əldə olunan gəlir hesabına maliyyə durumumuz xeyli yaxşılaşıb və 2025/26 mövsümü üçün kifayət qədər vəsaitimiz var.
Maliyyə təminatımız və ardıcıl iki mövsümdür avrokuboklara vəsiqə qazandıran idman nəticələrimiz fonunda belə böyük Fransız klubunun aşağı diviziona salınmasını başa düşmək çətindir. Biz apellyasiya verəcəyik və “Lion”un Liqa 1-də qalmaq üçün zəruri maliyyə imkanlarına malik olduğunu sübut edəcəyik”, – deyə bəyanatda qeyd olunub.
Xatırladaq ki, “Lion” Fransa çempionatında 6-cı yeri tutaraq Avropa Liqasına vəsiqə qazanıb.
Heybət
-
ABŞ02:19Tramp oraya endirilən zərbələri "Milad hədiyyəsi" adlandırdı
-
Qoroskop01:40Günün ulduz falı: Xarici görünüşünüzə dəyişiklik etmək üçün mükəmməl vaxtdır
-
Ekopublika.az26 Dekabr 20:34950 milyon sərvəti var, dolana bilmədiyini açıqladı - İş adamı gündəmdə
-
Nida Xəbər 26 Dekabr 20:22Futbol oynayardım, amma... - Prezidentin səmimi söhbəti - VİDEO
-
Kriminal26 Dekabr 20:10Zal Yusifovun oğlunun törətdiyi əməllər açıqlandı: Altı nəfərdən 1 milyon 200 mini necə alıb?
-
Kriminal26 Dekabr 18:45MİDA-ya kiberhücumla bağlı cinayət işi açıldı - Üç qurumdan birgə məlumat
-
Ekologiya26 Dekabr 18:30Hava şəraiti ilə bağlı daha bir XƏBƏRDARLIQ
-
Nida Xəbər 26 Dekabr 17:50Ceyhun Bayramov Ermənistana səfər edəcək?



































