İdman
Keynin qiyməti niyə düşüb? - Səbəbi açıqlandı
“Bavariya”nın idman direktoru Maks Eberl Harri Keynin “Transfermarkt” portalındakı dəyərinin azalmasına münasibət bildirib.
Publika.az xəbər verir ki, İngilis futbolçunun təxmini bazar dəyəri 10 milyon avro azalaraq 65 milyon avroya düşüb.
“Bazar dəyəri? Bu barədə məndən soruşmayın, mənim öz fikrim var. Mən “Transfermarkt”da göstərilən qiyməti nəzərdə tuturam. Maraqlıdır, niyə Harri Keynin dəyəri aşağı düşüb? Bu suala kimsə cavab verə bilər? Yaşını deməyin”, — deyə Eberl bildirib.
“Transfermarkt”ın bazar dəyərləri üzrə koordinatoru Tobias Kreger isə vəziyyəti belə izah edib:
“Təəssüf ki, Harri Keynin dəyəri yaş amilinə görə azalır. Parlaq çıxışlarına və rekord sayda qollara baxmayaraq, hətta dünya səviyyəli hücumçular da bu tendensiyadan sığortalanmayıb. Bununla belə, o, öz yaş qrupunda hələ də dünyanın ən bahalı futbolçusudur. Onun təxmini dəyəri 65 milyon avrodur ki, bu da ikinci-dördüncü yerləri bölüşən Məhəmməd Salah, Kevin De Bruyne və Tibo Kurtuanın göstəriciləri ilə eynidir”.
-
Kriminal19:10Abşeronda böyük əməliyyat: 17 nəfər saxlanıldı - Video
-
Nəqliyyat18:40Bakıda axşam tıxacı
-
Sosial17:17Prokurorluq Gəncə İH-də araşdırma aparıb? - MEDİA
-
Avropa16:47Avropada rus "ov"u başladı: Şəxsi məlumatlar toplanır, "qara siyahı" hazırlanır
-
Sosial15:47Əli Əsədov əmr imzaladı
-
ABŞ14:52Pentaqonun məxfi sənədlərində ABŞ-ın NATO-dan çıxması haqda nələr var?
-
Avropa14:28Makron adada bəyan etdi: Siyasətdən gedir
-
Rəsmi xronika13:40İlham Əliyev fərman imzaladı












.jpg)

























