Nida Xəbər
Rusiya və İsrail gizli hərəkətə keçdi: Məkan Bakıdır, hədəf isə…
Rusiya Suriyada fəallığını artıraraq özünü Təl-Əviv və Dəməşq arasında gizli vasitəçi və mümkün təhlükəsizlik zəmanətçisi kimi təqdim edir.
Publika.az xəbər verir ki, İsrail mənbələrinə görə, Moskvanın bu rolu ABŞ-ın səssiz razılığı ilə formalaşır və məqsəd Yaxın Şərqdə hərbi qarşıdurmadan siyasi balanslaşmaya keçiddir.
Danışıqlar üçün platforma kimi isə Bakı seçilib və bu, təsadüfi deyil. Çünki şəhər İsrail, regional tərəfdaşlar və Moskva ilə işlək diplomatik kanallara malik neytral mərkəz rolunu oynayır. Rusiya Latakiya bölgəsində mövcudluğunu gücləndirməklə Suriyadan çəkilmək niyyətində olmadığını, əksinə sabitliyə investisiya etdiyini göstərir.
Bu proses fonunda Vladimir Putinin Benyamin Netanyahu ilə intensiv təmasları diqqət çəkir. İsrail üçün Rusiya, Suriyada artan Türkiyə təsirinə alternativ olaraq proqnozlaşdırılan tərəfdaşdır. ABŞ isə eskalasiya risklərinin azalmasını əsas prioritet sayaraq Moskvanın konstruktiv roluna etiraz etmir.
Nəticə etibarilə, Rusiya vasitəçi, Suriya beynəlxalq legitimlik axtaran tərəf, İsrail sabitlik istəyən aktor, ABŞ isə risklərin azaldılmasında maraqlı xarici arbitrdır (hakim, mübahisələri məhkəmədən kənar həll edən qərəzsiz üçüncü tərəf – red). Əsas sual bu gizli təmasların davamlı təhlükəsizlik mexanizminə çevrilib-çevrilməyəcəyidir.
(Globalinfo)
-
ABŞ02:19Tramp oraya endirilən zərbələri "Milad hədiyyəsi" adlandırdı
-
Qoroskop01:40Günün ulduz falı: Xarici görünüşünüzə dəyişiklik etmək üçün mükəmməl vaxtdır
-
Ekopublika.az26 Dekabr 20:34950 milyon sərvəti var, dolana bilmədiyini açıqladı - İş adamı gündəmdə
-
Nida Xəbər 26 Dekabr 20:22Futbol oynayardım, amma... - Prezidentin səmimi söhbəti - VİDEO
-
Kriminal26 Dekabr 20:10Zal Yusifovun oğlunun törətdiyi əməllər açıqlandı: Altı nəfərdən 1 milyon 200 mini necə alıb?
-
Kriminal26 Dekabr 18:45MİDA-ya kiberhücumla bağlı cinayət işi açıldı - Üç qurumdan birgə məlumat
-
Ekologiya26 Dekabr 18:30Hava şəraiti ilə bağlı daha bir XƏBƏRDARLIQ
-
Nida Xəbər 26 Dekabr 17:50Ceyhun Bayramov Ermənistana səfər edəcək?










.jpg)

























