Dünya çempionu 23 yaşında karyerasını başa vurdu - SƏBƏB
Bizi izləyin

İdman

Dünya çempionu 23 yaşında karyerasını başa vurdu - SƏBƏB

Avstriyalı tramplinçi Sara Marita Kramer 23 yaşında karyerasını bitirmək qərarına gəlib.

Publika.az xəbər verir ki, o, bunu şəxsi sosial şəbəkə hesablarında açıqlayıb.

“Karyeramı bitirmək asan qərar deyil, amma mənim üçün doğru addımdır”, – deyə Kramer yazıb.

İdmançı 2021/22 mövsümündə Ümumi Dünya Kubokunun qalibi olub. O, Olimpiya “qızılı” arzusunu gerçəkləşdirmək istəyirdi, lakin 2022-ci ildə Pekin Oyunlarını koronavirusa yoluxduqdan sonra vaxtında Çinə gedə bilmədiyi üçün buraxmalı olub.

“Etiraf edim ki, 2022-ci ildə şansımı qaçıranda bu, düşündüyümdən daha ağır zərbə oldu. Davam etdim, çünki borclu olduğumu hiss edirdim. Çünki hekayəmi bitirmək istəyirdim”, – deyə Kramer əlavə edib.

O, nəticələrinin son illərdə zəiflədiyini vurğulayıb və artıq davam etməyin mənasız olduğunu bildirib.

Sara Marita Kramer 2017-ci ildə Dünya Kubokunda debüt edib. 2020-ci ildə gənclərin dünya çempionatında üç qızıl medal qazanıb. 2020/21 mövsümündə Ümumi Dünya Kubokunda üçüncü olub, bir il sonra isə Kristal Qlobusu əldə edib.

Sonrakı illərdə nəticələri geriləyib: 2023 və 2024-cü illərdə ümumi sıralamada 15-ci yeri tutub. 2024/25 mövsümündə isə daha az yarışlarda çıxış edib və yalnız 40-cı yerdə qərarlaşıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm