ABŞ
ABŞ-da lokdaun ehtimalı - Tramp onları günahlandırdı

Amerika Birləşmiş Ştatlarının Pezidenti Donald Tramp ölkə hökumətinin 1 oktyabr gecəsi fəaliyyətinin dayandırılması - yəni “lokdaun” ehtimalının mümkün olduğunu bildirib və yaranmış vəziyyətdə Demokrat Partiyasının üzvlərini günahlandırıb.
Publika.az xəbər verir ki, Trampın mətbuat konfransının yayımı Ağ Evin rəsmi YouTube kanalında aparılıb.
“Heç nə qaçılmaz deyil. Hər şey mümkündür, hər şey ehtimal daxilindədir. Mən onların [demokratların] tərəfindən heç bir güzəşt görmədim”, - deyə Tramp jurnalistlərin suallarını cavablandırarkən bildirib.
O əlavə edib ki, onun siyasi rəqibləri qanunsuz miqrantlara tibbi xidmət göstərmək istəyirlər və bu, ölkənin səhiyyə sistemini ümumilikdə təhlükə altına qoyur.
19 sentyabrda ABŞ Senatı federal agentliklərin 21 noyabra qədər maliyyələşdirilməsini nəzərdə tutan qanun layihəsini rədd edib. Səsvermədə 44 senator sənədin lehinə, 48-i isə əleyhinə səs verib.
Əgər Nümayəndələr Palatası və Senat bu məsələ ilə bağlı razılığa gələ bilməsə, hökumətin işi dayandırılacaq. Şatdaun baş verərsə, sərhəd, poçt və sosial xidmətlər fəaliyyətini davam etdirəcək, lakin dövlət qulluqçuları, o cümlədən hərbçilər əməkhaqqı almadan işləməli olacaqlar.
Hüseyn İbadlı
-
Magazin101:11
Bu da Şəbnəm Tovuzlunun özündən gözəl qızı - VİDEO
-
Region00:30
Türkiyədən İrəvana təyyarələr uça bilər
-
Magazin100:15
Cabir İmanovun vida mərasimindən ürəkdağlayan GÖRÜNTÜLƏR - VİDEO
-
Qoroskop00:00
Günün ULDUZ FALI - Yanlış anlaşılmaların qarşısını alın
-
Magazin230 Sentyabr 23:48
Məşhur rus aktrisa VƏFAT ETDİ
-
Səhiyyə30 Sentyabr 23:12
Bu qidalar qadınlarda yaddaşı zəiflədir - XƏBƏRDARLIQ
-
Magazin130 Sentyabr 22:40
"Onların adından Cabirin ailəsindən üzr istəyirəm"
-
İdman30 Sentyabr 22:12
Qazaxıstanlı qadın Mbappenin alt paltarı ilə ZARAFAT ETDİ