İdman
"Qarabağ"ın xilaskarı danışdı: Hansı komandaları arzulayır?
"Hər zaman Çempionlar Liqasında oynamağı xəyal edirdim. Özümü çox xoşbəxt hiss edirəm. Fikirlərimi tam ifadə etməkdə çətinlik çəkirəm. Tarixi uğura imza atdıq".
Bu sözləri Publika.az-a açıqlamasında "Qarabağ"ın qolkiperi Mateuş Koxalski deyib. Ağdam klubunun UEFA Çempionlar Liqasının Əsas mərhələsinə vəsiqə qazanmasını şərh edən polşalı qapıçı püşkdə arzuladığı rəqiblər barədə də danışıb:
"Mənim üçün rəqibin fərqi yoxdur, amma böyük stadionlarda böyük klublara qarşı oynamağı hər zaman arzu etmişəm".
Ferensvaroş"la oyunun (2:3, ümumi-5:4) sonlarında komandasını real qoldan xilas edən Koxalski həmin anı belə xatırlayıb:
"Çətin qurtarış idi. İnstinkt qurtarışı da deyərdim. Komandama kömək edə bildiyim üçün xoşbəxtəm".
Polşalı qapıçı Çempionlar Liqasındakı uğurlu çıxış fonunda ölkəsinin milli komandasından dəvət almaq istədiyini bildirib:
"Rəqiblərim "top-5" liqalarda çıxış edirlər. Hər biri güclü qolkiperlərdir. Özümü ən yaxşı tərəfdən göstərməyə çalışacağacam. Polşa millisinin yeni baş məşqçisinə yaxşı qapıçı olduğumu sübut etməliyəm".
Heybət
-
İdman21:48"Barselona"nın müdafiəçisi üçün yeni səhifə açıla bilər
-
Magazin121:36Xalq artisti İzzət Bağırovla anasını kövrəltdi - VİDEO
-
MDB21:24Rusiya XİN-dən NATO-ya xəbərdarlıq - “Qaynar başlar” soyudulacaq
-
MDB20:24Putin Pekində görün hansı avtomobildən istifadə edir... - FOTO
-
İdman20:12Dünya birincisi məşhur jurnalın üz qabığını bəzədi - FOTO
-
Nida Xəbər 19:50Şamaxıda günəş belə qürub edir... - FOTO
-
Elm və təhsil17:35Günəşdə güclü aktivlik: Eyni anda 3 üç güclü partlayış qeydə alındı
-
Rəsmi xronika15:59İlham Əliyev Sabir Rüstəmxanlı ilə bağlı sərəncam imzaladı






























.jpg)



