Haaland ÇL-in tarixinə düşdü: Ondan yaxşısı yoxdur
Bizi izləyin

İdman

Haaland ÇL-in tarixinə düşdü: Ondan yaxşısı yoxdur

"Mançester Siti"nin hücumçusu Erlinq Haaland Çempionlar Liqasının yeni mövsümünün 1-ci turunda "Napoli"yə qarşı oyunda qol vurub.

Publika.az xəbər verir ki, norveçli forvard bununla qitənin bir nömrəli turnirindəki qolların sayını 50-yə çatdırıb. O, buna 49 oyunda nail olub. Haaland bu qol həddinə ÇL tarixində hamıdan tez çatıb.

O, bu göstəriciyə Ruud van Nistelroy (62 oyun), Lionel Messi (66), Robert Levandovski (77) və Kilian Mbappedən (79) daha az oyunda nail olub.

25 yaşlı hücumçu liqanın ümumi bombardirləri siyahısında artıq Alfredo Di Stefanonu geridə qoyub və 50 qolunu 112 oyunda vurmuş Tyerri Anriyə çatıb. Bu göstərici ilə Haaland ÇL tarixində 9-cu pillədə qərarlaşıb.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm