İdman
Neymara bəd xəbər

Neymar bud əzələsindən aldığı zədə səbəbindən ən azı bir ay meydana çıxa bilməyəcək.
Publika.az xəbər verir ki, bu barədə “UOL Esporte” jurnalisti Lukas Musetti məlumat verib.
“Neymar şənbə günü əlavə müayinələrdən keçəcək ki, zədəsi haqqında daha çox məlumat ala bilsin.
İndiyə qədərki proqnoz “çox ciddi deyil, lakin çox yüngül də deyil. O, ən azı bir ay yaşıl meydanlardan kənarda qalacaq”, – Musetti sosial şəbəkədə yazıb.
Klub daha əvvəl hücumçunun sağ budunun düz əzələsindən zədə aldığını bildirmişdi.
Neymar düz bir ay sıradan çıxsa, Braziliya liqasında “Santos”un heyətində 5 matçda oynaya bilməyəcək. O, Braziliyanın Cənubi Koreya (10 oktyabr) və Yaponiya (14 oktyabr) ilə yoldaşlıq görüşlərini də buraxacaq.
33 yaşlı futbolçu bu mövsüm Braziliya çempionatında 13 matçda 3 qol vurub və 1 məhsuldar ötürmə edib.

-
Avropa18:36
Daha bir soydaşımız Ukrayna uğrunda ŞƏHİD OLDU - FOTO
-
Hadisə18:12
Naxçıvan-Bakı sərnişin avtobusu dərəyə aşdı: çox sayda yaralı var - YENİLƏNDİ
-
Səhiyyə17:00
Süni mayalanmanın bahalı sınağı: Hər klinika istədiyi qiyməti tətbiq edir
-
Sosial13:36
“Kartdan-karta” ödənişin yaratdığı təhlükə: Uduzan kim olur?
-
MDB10:06
Ukraynadan qaçan Kuleba qayıtdı: Aqibəti necə olacaq?
-
Magazin209:00
Kosmosda ilk konserti verməkdən imtina etdi - Səbəbi bu imiş
-
Hadisə08:37
Adnan Əhmədzadə həbs olunub? - Şok iddia
-
ABŞ08:10
Trampdan qərar: ABŞ-da xarici işçilərə illik 100 min dollar rüsum tətbiq ediləcək