Nida Xəbər
Keçmiş səfirə vəzifə verildi

Azərbaycanın İraqdakı keçmiş səfiri Nəsir Natiq oğlu Məmmədov yeni vəzifəyə təyin olunub.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, N.Məmmədov Xarici İşlər Nazirliyində Yaxın Şərq və Afrika idarəsində rəis müavini vəzifəsinə təyin olunub.
O, yeni vəzifəyə təyinatını Teleqraf-a təsdiqləyib.
Xatırladaq ki, 2023-cü ildə Prezident İlham Əliyevin Sərəncamı ilə Nəsir Məmmədov Azərbaycanın İraq Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib, ötən ilin dekabrında isə geri çağırılıb.
Qeyd edək ki, N.Məmmədov Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin keçmiş müavini Natiq Məmmədovun oğlu, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynovanın kürəkənidir.

-
Avropa18:36
Daha bir soydaşımız Ukrayna uğrunda ŞƏHİD OLDU - FOTO
-
Hadisə18:12
Naxçıvan-Bakı sərnişin avtobusu dərəyə aşdı: çox sayda yaralı var - YENİLƏNDİ
-
Səhiyyə17:00
Süni mayalanmanın bahalı sınağı: Hər klinika istədiyi qiyməti tətbiq edir
-
Sosial13:36
“Kartdan-karta” ödənişin yaratdığı təhlükə: Uduzan kim olur?
-
MDB10:06
Ukraynadan qaçan Kuleba qayıtdı: Aqibəti necə olacaq?
-
Magazin209:00
Kosmosda ilk konserti verməkdən imtina etdi - Səbəbi bu imiş
-
Hadisə08:37
Adnan Əhmədzadə həbs olunub? - Şok iddia
-
ABŞ08:10
Trampdan qərar: ABŞ-da xarici işçilərə illik 100 min dollar rüsum tətbiq ediləcək