“Real” 207 milyonluq yarımmüdafiəçiləri hədəfə aldı
Bizi izləyin

İdman

“Real” 207 milyonluq yarımmüdafiəçiləri hədəfə aldı

“Real” “Çelsi” klubunun iki yarımmüdafiəçisini transfer etməkdə maraqlıdır.

Publika.az xəbər verir ki, bu barədə “TBR Football” məlumat yayıb.

Məlumata görə, İspaniya nəhəngi Ekvador millisinin üzvü Moyses Kaysedo və Argentina yarımmüdafiəçisi Enso Fernandesin xidmətində maraqlıdır. “Kral klubu” daim mərkəz xəttini gücləndirmək üçün yeni oyunçular axtarır.

Qeyd olunur ki, hər iki futbolçu “Çelsi”yə ümumilikdə 207 milyon funt-sterlinqə başa gəlib. Enso 2023-cü ilin qışında “Benfika”dan 100 milyon funt qarşılığında transfer olunub, Kaysedo isə “Brayton”dan 107 milyon funt qarşılığında London klubuna keçib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm