İdman
III MDB Oyunları: Bu gün 7 idman növü üzrə yarışlar keçiriləcək

Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi III MDB Oyunlarında bu gün 7 idman növü üzrə yarışlar keçiriləcək.
Publika.az xəbər verir ki, çövkən üzrə Azərbaycan millisi A qrupundakı ikinci oyununda Küveyt yığması ilə qarşılaşacaq. Şəki şəhər stadionundakı görüş saat 12:30-da başlayacaq. Milli komandamız ilk turda Qırğızıstana 4:0 hesabı ilə qalib gəlib.
Qəbələ Olimpiya İdman Kompleksində badminton yarışları start götürəcək. Qəbələ Atıcılıq Mərkəzində isə stend atıcılığı üzrə növbəti medallar sahibini tapacaq.
Gəncə İdman Sarayında üzgüçülük və voleybol, Mingəçevirdə taekvondo, Yevlaxda isə boks yarışları təşkil olunacaq.
Xatırladaq ki, 13 ölkədən ümumilikdə 1624 idmançının iştirak etdiyi III MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.
Azərbaycan 5 qızıl, 17 gümüş və 16 bürünc medalla ümumi sıralamada 2-ci pillədə qərarlaşıb. Siyahıya 49 (34 qızıl, 8 gümüş, 7 bürünc) medalla Rusiya komandası başçılıq edir.

-
Köşə09:20
İzlədim: Cabir Ölümü əsalətlə ifa etdi, möhtəşəm idi...
-
Dünya09:13
Ruslar ABŞ-ın da zayını çıxarıblar: Gəldilər, özləri ilə söyüş gətirdilər
-
Ekologiya09:00
FHN-dən əhaliyə hava ilə bağlı xəbərdarlıq
-
Magazin206:46
Məşhur müğənni və qızı koronavirusa yoluxdu
-
İdman04:30
Messi Yamala səs verib, Ronaldo isə…
-
Qoroskop02:18
Günün ulduz falı: Sağlamlıqla bağlı kiçik narahatlıqlar ola bilər
-
Dünya01:20
Netanyahu hədələdi: HƏMAS sülh planını rədd edərsə...
-
Sosial00:35
Leyla və Arzu Əliyevalardan Cabirlə bağlı paylaşım - Foto