"Çelsi"dən türk futbolçu üçün 66 milyonluq təklif: Bu cavabı aldı
Bizi izləyin

İdman

"Çelsi"dən türk futbolçu üçün 66 milyonluq təklif: Bu cavabı aldı

"Yuventus" yarımmüdafiəçi Kenan Yıldızın transferi ilə bağlı "Çelsi"dən gələn 66 milyon avroluq təklifi rədd edib.

Publika.az xəbər verir ki, bu barədə "Teamtalk" məlumat yayıb.

Futbolçu ilə digər Premyer Liqa klubu "Arsenal" da maraqlanır. "Tuttosport"un məlumatına görə, londonluların skautları "Yuventus" - "Milan" görüşünü izləyib və Yıldıza diqqət yetirib. Həmin matçda o, 69 dəqiqə meydanda olsa da, məhsuldar göstərici ilə yadda qalmayıb.

2025/26 mövsümündə Türkiyə millisinin üzvü bütün turnirlərdə 8 oyuna 2 qol vurub və 4 məhsuldar ötürmə edib. Onun Turin klubu ilə müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir. "Transfermarkt" 20 yaşlı futbolçunun bazar dəyərini 50 milyon avro olaraq qiymətləndirir.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm