Səhiyyə
Beyin xərçənginin xüsusi təhlükəsi aşkarlandı
Albert Eynşteyn Tibb Kollecinin alimləri göstəriblər ki, glioblastoma — beynin ən aqressiv xərçəng növü — yalnız beyni deyil, kəllə sümüklərini də zədələyir.
Publika.az xəbər verir ki, araşdırma nəticələri "Nature Neuroscience" jurnalında dərc olunub.
Məlum olub ki, şiş kəllə tikişlərini dağıdır, sümük iliyinin tərkibini dəyişir və immun sistemin fəaliyyətini pozur.
Siçanlar üzərində aparılan eksperimentlər və pasiyentlərin görüntülərinin analizi göstərib ki, glioblastoma sümüklərin incəlməsinə və beyinlə kəllə arasında kanalların genişlənməsinə səbəb olur. Bu kanallar vasitəsilə sümük iliyindən gələn iltihab hüceyrələri şişə yönəlir və onu daha aqressiv və müalicəyə davamlı edir.
Alimlər immun hüceyrələrində ciddi balans pozuntusu qeydə alıblar: iltihablı neyrofillərin sayı artır, müdafiəvi B-hüceyrələri isə demək olar ki, yoxa çıxır. Bu, yalnız beyinə yönəlmiş ənənəvi terapiya metodlarının niyə az effektiv olduğunu izah edə bilər.
Osteoporoza qarşı dərmanlarla sümük dağılmasını dayandırmaq cəhdləri gözlənilməz nəticə verib — bir halda şiş daha sürətlə böyüyüb, immunoterapiya isə təsirini itirib. Tədqiqatçılar vurğulayırlar ki, glioblastoma sistemli xəstəlik kimi qiymətləndirilməlidir və onun müalicəsində sümük və immun sistemdəki dəyişikliklər nəzərə alınmalıdır.
Hüseyn İbadlı
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq
-
Magazin122 Oktyabr 22:48Nadir Qafarzadədən yaşlı sənətçilərə: "Sənət var, baş gedib"
-
İdman22 Oktyabr 22:36"Real" Arda Gülərlə 5 illik müqavilə imzaladı
-
Magazin122 Oktyabr 21:12Nəfəsin canlı ifası müzakirəyə səbəb oldu - VİDEO
-
Kriminal22 Oktyabr 21:00Qazini qətlə yetirən şəxs saxlanıldı - YENİLƏNDİ
-
Kriminal22 Oktyabr 20:24Film kimi olay: Sevgilisi ilə evlənmək istəyən ana 13 yaşlı əkiz oğullarını qətlə yetirdi


































