İdman
"Sevilya" "Barselona"nı darmadağın etdi

La Liqanın səkkizinci turunun görüşü “Sevilya” klubunun 4:1 hesablı qələbəsi ilə başa çatıb.
Publika.az xəbər verir ki, İspaniya futbol çempionatının 8-ci turunda keçirilən oyunda “Sevilya” “Barselona”ya qalib gəlib. Görüş 5 oktyabr tarixində “Ramon Sançes Pisxuan” stadionunda baş tutub və 4:1 hesabı ilə yekunlaşıb.
- 13-cü dəqiqədə Aleksis Sançes “Barselona”nın qapısına penalti zərbəsini dəqiq yerinə yetirib. 37-ci dəqiqədə İsaak Romero meydan sahiblərinin üstünlüyünü ikiqat artırıb. Birinci hissənin əlavə olunmuş vaxtında Markus Raşford fərqi azaldıb.
İkinci hissədə - 74-cü dəqiqədə, “Barselona” penalti zərbəsi hüququ qazansa da, Robert Levandovski bu imkandan istifadə edə bilməyib. Oyunun son dəqiqələrində Xose Anxel Karmona (90-cı dəqiqə) və Akor Adams (90+6-cı dəqiqə) daha iki qol vuraraq yekun hesabı müəyyən ediblər.
Hakim hər iki komandanın futbolçularına bir neçə sarı vərəqə göstərib. “Barselona” topa 62% sahib olsa da, bu üstünlüyü qola çevirməkdə çətinlik çəkib.
Bu qələbədən sonra “Sevilya” La Liqa cədvəlində altıncı yerə yüksəlib, “Barselona” isə dördüncü yerdə qalaraq liderdən dörd xal geri qalır.
Hüseyn İbadlı
-
Elm və təhsil01:11
Tələbələrin NƏZƏRİNƏ: Magistratura imtahanlarının keçirilməsində dəyişikliklər ola bilər - VİDEO
-
Qoroskop00:00
Günün ULDUZ FALI - Gözlənilməz romantik an yaşaya bilərsən
-
Sosial5 Oktyabr 23:36
Sevil Əliyevanın oğlunun toyundan FOTO
-
İdman5 Oktyabr 23:24
"Sevilya" "Barselona"nı darmadağın etdi
-
Sosial5 Oktyabr 23:12
Özü azərbaycanlı, əri Qəzzadandır - Bakıya gətirilən ailə danışdı / VİDEO
-
Magazin25 Oktyabr 21:48
"Eşref"in "Rüya"sı güzgü qarşısında poza verdi - FOTO
-
Əmlak5 Oktyabr 20:48
Sənədsiz evlər problemi - Yüzlərlə ailə çıxarış gözləyir
-
İKT5 Oktyabr 20:12
Bir güllə minlərlə insanı internetsiz qoydu - FOTO