İdman
"Real" 123 illik ənənəni pozur: Klub struktur dəyişikliyinə gedəcək?

"Real" klubunun rəhbərliyi ilk dəfə olaraq xarici investorların klubun səhmlərinə sahib olmasına imkan verəcək mülkiyyət strukturunun dəyişdirilməsi variantını nəzərdən keçirir.
Publika.az xəbər verir ki, bu barədə "The Athletic" məlumat yayıb.
Mənbənin sözlərinə görə, klub daxilində "Real"ın iki ayrıca struktur bölməyə ayrılması ideyası müzakirə olunur. Biri futbol sahəsini, digəri isə biletlərdən, televiziya yayım haqlarından və kommersiya gəlirlərindən məsul olacaq kommersiya hissəsini əhatə edəcək. Bu halda, kommersiya bölməsi xarici investorların ixtiyarına verilə bilər, idman bölməsi isə əvvəlki kimi klub azarkeş üzvlərinin - "sosios"ların tam nəzarətində qalacaq.
Qeyd olunur ki, mülkiyyət strukturunun dəyişdirilməsi ilə bağlı yekun qərar hələ qəbul edilməyib.
Mənbənin iddiasına görə, klub rəhbərliyi gələcəkdə baş məşqçinin təyin və ya vəzifədən azad edilməsi, futbolçuların transferi kimi məsələlərin yalnız "sosios"lara hesabat verən idarə heyəti tərəfindən qəbul olunmasını təmin etmək istəyir.
Qeyd edək ki, yaradılıdığı 1902-ci ildən bəri "Real"ın bütün səhmləri ancaq azarkeş üzvlərə - "sosios"lara məxsus olub.
Heybət
-
İqtisadi gündəm12:50
Türk lirəsi rekord səviyyədə UCUZLAŞDI
-
Hadisə11:45
Generalın anası vəfat etdi
-
Dünya11:18
Bu da ABŞ-ın Qəzza ilə bağlı yol xəritəsi: Trampın müşavirləri açıqladı
-
Sosial10:48
Hərbi xidmət haqqında qanuna dəyişiklik edilir
-
Dünya10:12
Trampdan Putinə gözlənilməz sual: Xoşuna gəlməyib
-
İdman09:26
Bu məşhur “Qarabağ” üçün Bakıya gələcək
-
ABŞ08:36
Boltonun daha bir "QARA ƏMƏLİ" - Arvadına və qızına...
-
Ekologiya07:47
Bakıda binaları qurd basdı - VİDEO