Nida Xəbər
Rəsul Quliyevin ailəsi 30 ildən sonra Bakıda - Fotolar
Bu gün Azərbaycan Respublikası Milli Məclisinin ilk sədri Rasul Quliyevin ailə üzvləri 30 ildən sonra ilk dəfə Azərbaycana səfər edib.
Publika.az xəbər verir ki, bu barədə Rəsul Quliyevin qızı Xanım Hənna özünün "Facebook" hesabında məlumat verib.
Quliyevin ailə üzvləri səfər zamanı Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyevin, görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın və digər dövlət xadimlərini məzarlarını ziyarət edib, Şəhidlər Xiyabanında olublar.
"30 ildən sonra ailə üzvlərimlə birlikdə vətənimiz Azərbaycana gəldik. Çox xoşbəxtəm. Bakımızı 30 ildən sonra kəşf etmək, həyata keçirilmiş quruculuq, abadlıq işləri ilə tanış olmaq, paytaxtımızı müasir və inkişaf etmiş görmək çox qürurvericidir. Deməliyəm ki, dünyanın ən məşhur paytaxt şəhərlərində olmuşuq, lakin bizim paytaxtımız təkcə təmizliyi ilə deyil, zövq və gözəlliyi ilə də onların hamısından öndədir. Başda müzəffər Ali baş komandan, Prezident İlham Əliyev olmaqla, hər kəsə dərin təşəkkürlərimizi bildiririk. Təşkil olunmuş yüksək qonaqpərvərliyə görə isə ayrıca minnətdarıq. Hər bir azərbaycanlı kimi fəxr edirik ki, biz azərbaycanlıyıq" - Xanım Hənna bildirib.
-
Dünya03:43İrandan ABŞ-a 60 milyon dollarlıq zərbə
-
Dünya02:18İranda yüksək vəzifəli şəxsin evi bombalandı - Özü ağır yaralandı, həyat yoldaşı öldü
-
Qoroskop01:40Günün ulduz falı: cəsarətli addım atanlar mükafatlandırılacaq
-
Magazin200:5537 yaşında infarkt keçirdi... - “Eşref Rüya”nın aktyoru vəfat etdi
-
Dünya1 Aprel 22:1822.5 milyon dolları həyat yoldaşının adına keçirib - Poroşenkonun bu addımı gündəm oldu
-
Nida Xəbər 1 Aprel 20:00İnzibati Xətalar Məcəlləsi ilə bağlı yeni qərar
-
Nida Xəbər 1 Aprel 19:10Bu, Əliyevlə Paşinyanın sayəsində mümkün oldu - Putin
-
ABŞ1 Aprel 17:34Tramp bu ölkənin baş nazirini rüsvay etdi


































