İdman
Qurbanov o oyundan danışdı: Tək-tük insan nəinki qələbəmiz, hətta bərabərliyimiz haqda da... - VİDEO

“Qarabağ” olaraq Çempionlar Liqasında Liqa mərhələsinə yüksəldiyimiz üçün qürur hissi keçirirəm”.
Publika.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Euronews” kanalına açıqlamasında deyib.
53 yaşlı mütəxəssis Azərbaycanı idman ölkəsi adlandırıb: “İstər güləş, istər cüdoda çoxlu çempion idmançılarımız var. Olimpiya və dünya çempionlarımız kifayət qədərdir. Azərbaycan idman ölkəsidir. Futbol elə səviyyəyə çatıb ki, bununla ayaqlaşmaq heç də asan deyil. Çempionlar Liqasında zəif komanda yoxdur. Belə komandalara qalib gəlmək və ön sıralarda olmaq məni sevindirməyə bilməz. Çünki demək olar ki, bütün dünya bizimlə maraqlanmağa başladı”.
Təcrübəli çalışdırıcı Çempionlar Liqasının Liqa mərhələsində “Benfika” üzərində 3:2 hesablı qələbəni də dəyərləndirib: “Futbolçularla hər zaman deyirəm ki, daha uğurlu nəticələr əldə etmək və böyümək üçün istənilən komandaya qarşı inamlı, cəsarətli oynamalıyıq. Emosiyalarımı sözlə ifadə edə bilmərəm. Çünki “Benfika” kimi komanda önündə 2 top buraxdıqdan sonra 3 qol vurmaq böyük nailiyyətdir. “Benfika” istənilən an 3 və ya 4-cü qol vura bilərdi. Belə qələbələrə görə futbolçular həddən artıq sevinirlər. Oyundan əvvəl bəlkə də tək-tük insan nəinki qələbəmiz, hətta bərabərliyimiz barədə düşünərdi. Avropanın bütün ölkələrində qalibiyyətimiz barədə danışıldı. Bu, komandamıza əlavə inam yaratdı. Bu cür turnirdə iştirak etmək haqqımızda daha çox maraqlanmalarına səbəb olur. Yenidən Çempionlar Liqasında çıxış etməyimiz Qarabağ adının tarixini ciddi surətdə bəyan etdi”.
Qurban Qurbanov daha yaxşı nəticələr qazanmağa çalışacaqlarını vurğulayıb: “Həmişə qarşımıza qoyduğumuz məqsəd maksimum çalışaraq, daha da irəli getmək olub. Get-gedə həm “Qarabağ”a, həm də Azərbaycan futboluna diqqət çoxalır. Belə olan halda da istər-istəməz klubu daha da inkişaf etdirəcəyimizə və uğurlu nəticələr əldə etməyə dair ümidim artır”.
Qeyd edək ki, “Qarabağ” Çempionlar Liqasında iki turdan sonra 6 xalla liderlər qrupunda qərarlaşıb. Azərbaycan çempionu növbəti oyununu oktyabrın 22-də səfərdə “Atletik”ə qarşı keçirəcək.
Heybət
-
ABŞ02:00
Pentaqon rəhbərinin Zelenski ilə görüş üçün seçdiyi qalstuk olay oldu
-
Qoroskop00:55
Günün ulduz falı: qəfil xərclər çıxa bilər
-
Dünya00:35
Ağ Evdə Tramp-Zelenski görüşü keçirildi - Foto/Video/Yeniləndi
-
Avropa17 Oktyabr 23:59
Şahzadə bütün titullarından imtina etdi
-
MDB17 Oktyabr 22:16
Rusiyada müdafiə sənayesi zavodunda PARTLAYIŞ - Xəsarət alanlar var
-
Nida Xəbər 17 Oktyabr 20:50
Ramiz Mehdiyevin ailə üzvlərinin ölkədən çıxışına qadağa qoyuldu
-
Region17 Oktyabr 20:10
Onların evində axtarış aparıldı
-
Nəqliyyat17 Oktyabr 20:00
Taksilərlə bağlı yeni qərar BU TARİXDƏN qüvvəyə minəcək