ABŞ
Boltonun daha bir "QARA ƏMƏLİ" - Arvadına və qızına...
ABŞ Prezidenti Donald Trampın keçmiş milli təhlükəsizlik müşaviri Con Boltona məxfi məlumatların qanunsuz ötürülməsi ilə bağlı ittiham irəli sürülüb.
Publika.az xəbər verir ki, bu barədə CNN telekanalı məhkəmə mənbələrinə istinadla məlumat yayıb.
Mənbələrin bildirdiyinə görə, Boltona qarşı ittihamlar Merilend ştatında böyük hakimlər heyəti tərəfindən irəli sürülüb.
İddialara əsasən, o, məxfi məlumatları elektron poçt vasitəsilə həyat yoldaşı və qızı ilə bölüşüb.
Sentyabr ayının sonunda Federal Təhqiqatlar Bürosunun (FTB) agentləri Boltonun ofisində “məxfi sənədlər” aşkarlayıblar.
"The Washington Post" qəzetinin məlumatına görə, ötən ayın əvvəlində FTB əməkdaşları onun evində axtarış aparıb və məxfi məlumatların icazəsiz saxlanması, casusluq qanununun pozulması və milli müdafiə ilə bağlı məlumatların qanunsuz ötürülməsi şübhəsi ilə kompüterlər, telefonlar və sənəd qovluqları müsadirə olunub. Müsadirə edilən bəzi qovluqların üzərində “Tramp I-IV” yazısı olub.
2018-ci ildə Tramp prezidentliyinin ilk müddətində Boltonu milli təhlükəsizlik müşaviri vəzifəsinə təyin etmişdi. 2019-cu ildə aralarındakı fikir ayrılıqları dərinləşdi və 10 sentyabrda Tramp onu vəzifədən azad etdi.
2020-ci ildə Bolton “The Room Where It Happened” (“Bu baş verən otaq”) adlı kitabını nəşr etdirdi. Bu xatirələr kitabı bir sıra ABŞ prezidentlərinin fəaliyyəti, o cümlədən Tramp, eləcə də ABŞ-ın Rusiya, Ukrayna, Çin və NATO ilə münasibətlərinin bəzi aspektləri barədə məlumat verir.
Hüseyn İbadlı
-
İKT08:00“Samsung” istifadəçilərinə üzücü xəbər
-
Ekologiya07:17Bu gün yağış yağacaq
-
Magazin206:16Azərbaycanlı məşhur reper qəza törətdi - VİDEO
-
Sağlamlıq05:15Şam yeməyini gec yeyənlərə XƏBƏRDARLIQ
-
Magazin204:44Məşhur aktyorun ölüm xəbəri yayıldı - FOTO
-
Magazin101:41Lalə Azərtaş yeni verilişlə geri dönür
-
Magazin100:45Azərbaycanlı aparıcı boşanır? - “Hər şey ola bilər” (FOTO)
-
Qoroskop00:15Günün ULDUZ FALI - Siz artıq doğru yoldasınız



























.png)

.jpg)





