İdman
Premyer Liqa: “Neftçi” “Kəpəz”i darmadağın etdi
Azərbaycan Premyer Liqasının X turunda “Neftçi” və “Kəpəz” komandaları üz-üzə gəlib.
Publika.az xəbər verir ki, “Palms Sport Arena”da keçirilən qarşılaşma meydan sahiblərinin 5:1 hesablı qələbəsi ilə başa çatıb.
Baş hakim Rəvan Həmzəzadənin idarə etdiyi oyunda hesabı 19-cu dəqiqədə “Neftçi”nin kapitanı Emin Mahmudov açıb. Dörd dəqiqə sonra ulduz futbolçu Vensan Abubakar fərqi artırıb. Görüşün 74-cü dəqiqəsində Bassala Sambu üçüncü qolu vurub. Üç dəqiqə sonra isə qonaqlardan Sadiq Şəfiyev hesab arasındakı fərqi azaldıb. Matçın 86-cı dəqiqəsində isə Bassala Sambu “dubl” edib. 90+1-ci dəqiqədə isə Freddi Varqas brşinci qolu vurub.
Bu nəticədən sonra Samir Abasovun komandası xallarını 15-ə çatdıraraq turnir cədvəlinin 5-ci pilləsinə yüksəlib. Aktivində 3 xal olan Azər Bağırovun kollektivi isə sonuncu pillədə qərarlaşıb.
Qeyd edək ki, bu gün baş tutan digər qarşılaşmada “Zirə” səfərdə “Karvan-Yevlax”ı 3:2 hesabı ilə məğlub edib. Daha öncə isə “Qarabağ” “İmişli” üzərində 2:0 hesablı qələbə qazanıb. Tura noyabrın 3-də yekun vurulacaq.
-
İKT23:24"ChatGPT"yə QADAĞA QOYULDU - Belə məsləhətlər verməyəcək
-
Magazin222:36“Ölsəm, o konsertə get, Mahsun mənim üçün “Bəlalım” oxusun” - FOTO/VİDEO
-
Nəqliyyat21:24Qu quşu qatarların hərəkətini İFLİC ETDİ
-
Magazin121:12Röyadan YENİ AÇIQLAMA: "Həmişə mənə deyirdilər ki..."
-
Nida Xəbər 20:00Ukrayna səfirindən Azərbaycanla bağlı PAYLAŞIM: "Millətlərimiz üçün daha güclü..."
-
İdman18:48"Barselona"nın ulduzu sevgilisindən ayrıldı - Xəyanət?
-
Magazin118:36Günay Musayeva indi də bu ölkədə "PARLAYIR" - VİDEO
-
Hadisə16:31Radikal dindar arvadını niyə öldürdü? - Bakıdakı dəhşətli qətlin təfərrüatı




























.jpg)





