Yaxın Şərq
Suriya lideri ABŞ-a GEDİR - Tramp qəbul edəcək (YENİLƏNDİ)
ABŞ Prezidenti Donald Tramp noyabrın 10-da Ağ Evdə Suriyanın keçid dövrü Prezidenti Əhməd əl-Şaraanı qəbul edəcək.
Publika.az xəbər verir ki, bu barədə "Axios" AABŞ Prezidenti Donald Trampın Suriya üzrə xüsusi nümayəndəsi Tom Barak istinadla məlumat yayıb.
Nəşrin məlumatına görə, Vaşinqtona səfəri zamanı Əl-Şaraa Suriyanın İŞİD terror qruplaşması ilə mübarizə aparan beynəlxalq koalisiyaya qoşulması ilə bağlı sənədlər imzalayacaq. Həmin koalisiyaya ABŞ rəhbərlik edir.
Barak həmçinin aydınlaşdırıb ki, Əl-Şara və Trampın görüşündən sonra Suriya və İsrail arasında danışıqların növbəti mərhələsi baş tutmalı olacaq.
xxx
22:00
Suriyanın keçid dövrü Prezidenti Əhməd əl-Şaraanın Vaşinqtona səfəri gözlənilir.
Publika.az "Reuters"ə istinadla xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Trampın Suriya üzrə xüsusi nümayəndəsi Tom Barak məlumat verib.
Barak jurnalistlərə bildirib ki, Suriya Bəhreyndə keçirilən qlobal təhlükəsizlik və geosiyasətə həsr olunmuş illik “Manama Dialoqu” konfransının kuluarlarında ABŞ-ın rəhbərlik etdiyi İŞİD-ə qarşı koalisiyaya qoşulmağa ümid edir.
Xatırladaq ki, oktyabrın ortalarında Əl-Şaraa Moskvaya səfər edib və orada Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar aparıb.
Hüseyn İbadlı
-
Nida Xəbər 13:08Aşqabadda Leyla Əliyevanın üçtərəfli görüşü oldu - FOTO
-
Nida Xəbər 12:45Binəqədi rayonuna yeni prokuror təyin edildi
-
Nida Xəbər 12:08Bunu edən MAXE-lər həbs olunacaq
-
Dünya10:36Tramp Fransanın "fatihə"sini verdi: Paris tezliklə müsəlman şəhəri olacaq
-
Sosial09:48Bu şəxslər maaşları qədər pensiya alacaq
-
MDB09:36Moldovada Ukraynanın daha iki sərhədçisi saxlanıldı: Nə baş verir?
-
Ekopublika.az08:1275 faizlik vergi güzəştinin vaxtı bitir - Nə dəyişəcək?
-
ABŞ07:55Pentaqon rəhbərinin İsrailə gizli səfəri: Netanyahu ilə görüşdü












.jpg)














.jpg)









