İdman
ÇL-də məşhurlaşan 18 yaşlı qazax futbolçu Samirə ilə eşq yaşayır - FOTOLAR
Çempionlar Liqasının əsas mərhələsinin sensasion qəhrəmanlarından biri “Kayrat”ın qapıçısı Şerxan Kalmurzadır. Bu hekayə əsl nağılı xatırladır: Almatı klubunun Avropanın əsas klub turnirinə vəsiqə qazanması, əsas qapıçılar zədələndiyi üçün cəmi 18 yaşı olan gəncin “Sportinq” və “Real”a qarşı oynaması...
Gənc futbolçu üçün Lissabonda keçirilən oyun karyerasında cəmi ikinci matç idi və o, “Joze Alvalade” stadionunda hesab 0:0 olarkən penalti zərbəsini də qaytara bilmişdi. Bütün Qazaxıstan, o cümlədən Samirə Smakova onun uğuruna sevinirdi. Samirə Şerxan Kalmurzanın sevgilisidir.

O, 2005-ci ilin martında anadan olub. Bu yaz 20 yaşını qeyd edib və sevgilisindən 2 yaş böyükdür. Şerxan isə iyunda 18 yaşını tamamlayıb. Bu, böyük futbolda debütündən düz üç ay əvvələ təsadüf edir.
Samirə Qazaxıstan yığmasının sabiq futbolçusu Samat Smakovun qızıdır. Smakov ölkə futbolunun əfsanəsidir. O, eyni zamanda milli komandanın rekordçusudur. 2000-2016-cı illər arasında yığmada 76 oyun keçirib.

Samirənin doğulduğu şəhər Almatıdır. Həmin il atası “Kayrat”da çıxış edirdi, elə indi Şerxanın etdiyi kimi. Sonradan ailə atasının karyerasına görə tez-tez köçməli olub. Smakov “Aktobe”, Türkiyənin “Rizəspor”, “Kayrat”, Pavlodarın “İrtiş” və “Ordabaşı” klublarında oynayıb.
Hazırda Samat Smakov “Jetisu”nun baş məşqçisidir, Samirənin kiçik qardaşı Alamgir isə “Kayrat”ın gənclər komandasında çıxış edir.

Qazaxıstanlı gözəl ilə Şerxan 2023-cü ilin martında, qapıçının cəmi 15 yaşı olarkən tanış olublar. Görünür, bu tanışlıq “Kayrat”ın gənclər komandasının oyununda baş verib. O vaxtdan bəri, artıq iki ildən çoxdur ki, Samirə sevgilisini stadiondan dəstəkləyir. Görəsən, o vaxt düşünürdü ki, bir gün Şerxan Mbappe və Vinisiusa qarşı oynayacaq?
Qeyd edək ki, Samirə özü də idmandan uzaq deyil. O, bədii gimnastika üzrə beynəlxalq dərəcəli idman ustasıdır.









-
İdman16:22Ronaldonun Corcinası dəbdəbəli qarderobunu göstərdi: Görün nələr var - FOTO/VİDEO
-
İdman14:57Allahla müqavilə bağlayıb: Zorlama ittihamından qurtulan Alveş görün nə işlə məşğuldur - VİDEO
-
İdman13:49ÇL-də məşhurlaşan 18 yaşlı qazax futbolçu Samirə ilə eşq yaşayır - FOTOLAR
-
Sosial13:34Şərurlu İsfəndiyarın verdiyi evi istəmədim: Məqsədim atamı biabır etmək... - Elman Nəsirovun qızı
-
Sosial13:08Azərbaycanın məşhur şirkətini ermənilərlə nə birləşdirir? - FOTOFAKT
-
Dünya11:16Yalvarırdı: Rusiyanın hücumu başlayanda Zelenski Stoltenberqdən nə xahiş edib?
-
Dünya10:18“Qiyamət radiosu”ndan daha iki sirli mesaj
-
Nida Xəbər 09:54Putin 44 günlük müharibədə İrəvandan görün nə tələb edib: Ermənilər açıqladı






























.jpg)




