Cənubi Qafqaz
Ermənistan hakimiyyəti əhaliyə çağırış etdi: Hazır olun, azərbaycanlılar gələcək
“Əziz insanlar, hazır olun: Azərbaycan nümayəndə heyəti Ermənistana, Ermənistan nümayəndə heyəti isə Azərbaycana səfər edəcək”.
Publika.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan jurnalistlərə açıqlamasında deyib.
Simonyan bildirib ki, Azərbaycan tərəfi Ermənistana səfərlə bağlı heç bir problemin olmadığını deyib: “Avronest Parlament Assambleyasının İrəvanda keçirilən 12-ci sessiyasında Azərbaycan nümayəndələrinin iştirak etməməsi ikitərəfli məsələlərlə yox, sırf təşkilatı məsələlərlə bağlı olub. Azərbaycan tərəfi əməkdaşlıq və qarşılıqlı səfərlər üçün heç bir maneə görmür. Ermənistan İrəvanda keçiriləcək Avropa Siyasi Birliyinin sammitində bütün dövlətlərin iştirak edəcəyini gözləyir. Hazır olun, Azərbaycan nümayəndə heyəti Ermənistana gələcək. Ermənistan nümayəndə heyətləri də Azərbaycana səfər edəcək. İkitərəfli münasibətlərdə müzakirə edilməli məsələlər olsa da, biz əlaqələrimizi dərinləşdirməyə hazırıq”.
Simonyan Avropa Siyasi Birliyinin İrəvanda keçiriləcək sammitində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın da iştirak edəcəyinə ümidvar olduğunu bildirib.
Asif
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi






































.jpg)
.jpg)
