İdman
"Qarabağ"ın ilk loqosunun müəllifi həkim imiş - FOTO
"Qarabağ" futbol klubunun ilk loqosunun yaranma tarixçəsi məlum olub.
Publika.az xəbər verir ki, loqonun ilk müəllifi klubun həkimi Aydın Mirzəyevdir.
Onun sözlərinə görə, "Qarabağ" futbol klubunun ilk loqosu 1997-ci ildə hazırlanıb. Aydın Mirzəyev bildirib ki, həmin il komanda Sumqayıtda qalırdı və xarici səfər ərəfəsində loqo məsələsi gündəmə gəlib.
"Məni çağırıb xahiş etdilər ki, məşqdən sonra hamı evinə getsə də, mən qalım və gecə bir fikir düşünüb səhər təqdim edim. Çünki formalarımızın üzərində mütləq loqo olmalı idi, əks halda, bizi qəbul etməzdilər. Xeyli düşündüm ki, Qarabağı necə təmsil edə bilərik. Birdən yadıma o atlar - Qarabağ atları düşdü.
Sadəcə, indiki loqodakı ulduzlar sonradan şirkət tərəfindən əlavə olunub, o vaxt bu ulduzlar yox idi. Səhər loqonu təqdim etdim, çox uğurlu alınmışdı. Ardınca onu formaların üzərinə tikdilər və bu, bizim loqomuz oldu. O zamandan bəri bu atlar bizim şərəfimiz və şöhrətimiz, "Qarabağ"ın köhlənləridir. Loqomuz belə yaranıb" , - deyə o bildirib. (Oxu.az)
-
Qoroskop00:00Günün ULDUZ FALI - Belə hərəkət böyük uğurlar gətirəcək
-
Nəqliyyat21 May 23:50Tbilisi qatarına ilk bileti o aldı - Vağzalda növbə var
-
Magazin121 May 23:40“Gülləri mən yox, siz gətirməliydiniz" - VİDEO
-
Magazin221 May 22:26Smartfonsuz yaşayan məşhur rejissor - Onun üçün həyat necə davam edir?
-
İdman21 May 21:36Kabab bişirirmiş, oğlu alaya-ağlaya gəlib deyib ki…
-
Art21 May 21:24Avropa bu süfrədən danışır: Saniyəölçən yox, təcrübə lazımdır - VİDEO
-
Magazin121 May 21:12Qızının sürprizi aparıcını ağlatdı
-
İKT21 May 20:12Smartfonun ömrünü belə uzatmaq olar


































