İdman
“Barselona” ulduz futbolçunun transferindən imtina etdi - Səbəb
“Barselona” “İnter”in və İtaliya millisinin müdafiəçisi Alessandro Bastoninin transferi ilə bağlı cəhdlərindən imtina edib.
Publika.az xəbər verir ki, bu barədə “Sport.es” məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, Kataloniya klubu “İnter”in futbolçu üçün tələb etdiyi minimum 70 milyon avroluq məbləği ödəmək imkanına malik deyil. Milan təmsilçisi isə qiymətdə güzəştə getməyə hazırlaşmır.
Bundan əlavə, “Barselona” futbolçunun öz davranışından da narazı qalıb. Belə ki, Bastoni klub rəhbərliyinə təzyiq göstərməkdən imtina edib.
Transferdən imtinanın digər səbəbi isə baş məşqçi Hans-Diter Flikin müdafiəçinin onun taktiki sxeminə tam uyğunlaşacağına əmin olmaması olub.
Bastoniyə alternativ kimi “Tottenhem”in argentinalı müdafiəçisi Kristian Romeronun nəzərdən keçirilir.
-
Nida Xəbər 15:15"Çox praqmatik, realist olmalıyıq!" - Elçin Əmirbəyov
-
Hadisə14:16Əsgərin həyatını xilas edən hərbçimiz həlak oldu - FOTO
-
Ekologiya13:20Dolu düşəcək, sulu qar yağacaq - Hava proqnozu
-
ABŞ12:25Mask Avropa İttifaqını saxta təşkilat adlandırdı
-
MDB11:154 polisi və özünü qumbara ilə belə partlatdı - VİDEO
-
Art10:49Şükür ki, bu arzu gerçəyə çevrildi... - Elxan Cəfərov
-
Hadisə10:01DSX əməliyyat keçirdi - Əfqanıstan vətəndaşları saxlanılıb
-
İdman09:43“Qarabağ”ın yarımmüdafiəçisi oynadı?




































