İdman
“Qalatasaray”ın baş məşqçisi: "O, həqiqətən də, illərdir orada əla iş görür"
“Qalatasaray”ın baş məşqçisi Okan Buruk “Qarabağ”ın Çempionlar Liqasındakı uğurlu çıxışı haqda danışıb.
Publika.az xəbər verir ki, şərhçi Ertem Şenerin qonağı olan İstanbul klubunun çalışdırıcısı “Qarabağ”a qarşı keçirdikləri yoldaşlıq oyununu da xatırlayıb:
“Əvvəlcə Azərbaycana olan sevgimi bildirmək və onları “Zəfər günü” münasibətilə təbrik etmək istəyirəm. Meydandakı qələbələr vacibdir, amma meydandan kənarda daha da vacibdir. Qəlblərimiz həmişə azərbaycanlı qardaşlarımızla eyni hissləri bölüşür. Bu, həm Qurban Qurbanova, həm də “Qarabağ”a aiddir. Hazırda Çempionlar Liqasında birlikdə oynayırıq, eyni hissləri bölüşürük. Onlar bizim oyunlarımızı izləyir, biz də onların oyunlarını izləyirik. “Qarabağ”ın əla komandası var. Qurban Qurbanovu təbrik etmək istəyirəm. O, həqiqətən də, illərdir orada əla iş görür. Üç il əvvəl Bakıda yoldaşlıq oyunu keçirdik. Sonra isə onunla və “Qarabağ”la tanış olmaq imkanım oldu. Ona görə də, deyə bilərəm ki, komandanın hazırkı uğuru təsadüf deyil”.
-
Qoroskop01:40Günün ulduz falı: geri çəkilib plan qurmaq faydalı olacaq
-
Nida Xəbər 00:47Bakıda müşahidə olunan dronlarla bağlı ekspert açıqlaması - Bu, açıq-aşkar göstərir ki...
-
Sosial00:25Bu gün İlaxır çərşənbədir
-
Sosial16 Mart 23:00İşləyənlərin nəzərinə: 19 martla bağlı qərar verildi
-
Sosial16 Mart 22:18Bakı metrosunda yeni qadağa: 30 manat cərimələnmək istəmirsizsə... - Foto
-
ABŞ16 Mart 21:39Trampdan bu ölkələrə çağırış: Gəlib bizə kömək edin!
-
Ekologiya16 Mart 21:26Güclü maqnit qasırğası baş verəcək - Xəbərdarlıq edildi
-
İnanc16 Mart 19:30Ramazanın 27-ci günü: Dua, imsak və iftar vaxtı

































