Əl sıxmadan qaçmasına belə haqq qazandırdı
Bizi izləyin

İdman

Əl sıxmadan qaçmasına belə haqq qazandırdı

“Roma”nın baş məşqçisi Can Pyero Qasperini A Seriyasının 29-cu turunda “Komo” ilə oyundan (1:2) sonra rəqibin baş məşqçisi Fabreqasın əlini sıxmamağına münasibət bildirib.

Publika.az xəbər verir ki, Qasperini “Roma”nın yarımmüdafiəçisi Ueslinin meydandan qovulmasından narazı qalıb. 68 yaşlı məşqçi hesab edir ki, braziliyalı oyunçu sarı vərəqələrdən birini “Komo” oyunçusunun simulyasiyasına görə alıb.

“Mən artıq Uesli hadisəsinin təkrarını izləmişəm. Bu günlərdə futboldakı bu tendensiyanı şərh etməyin mənası yoxdur. Xüsusilə də simulyasiyalara gəldikdə. “Komo güclü komandadır, amma onların meydanda və yan xətdə davranışları mənim üçün qəbuledilməzdir”, – “Corriere dello Sport” qəzeti Qasperininin sözlərini sitat gətirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm