İdman
Klopp Qvardiolanı təbrik etdi: Səni qabaqladığım yeganə statistika budur - VİDEO
Avropada uzun illər boyu diqqət çəkmiş əfsanəvi rəqabət bu dəfə meydandan kənarda özünü göstərib.
Publika.az xəbər verir ki, Yurgen Klopp keçmiş rəqibi Pep Qvardiolanı, məşqçi karyerasında inanılmaz bir göstəriciyə – 1000-ci oyuna çatması münasibətilə ən səmimi şəkildə təbrik edib.
Kloppin video müraciətində dedikləri belədir: “Pep, dostum! 1000-li klubuna xoş gəlmisən! İnanmaq çətindir ki, bu qədər gənc görünürsən, amma artıq bu yolu keçmisən. Mən bu göstəriciyə 81 oyun əvvəl çatmışdım. Bəlkə də səni qabaqladığım yeganə statistika budur!”
O, həmçinin illərdir davam edən rəqabəti xatırlayan dostcasına bir zarafatı da unutmayıb: “Səninlə oyunlar həmişə həm çətin, həm də zövqlü olur. Sən hamımız üçün ilham mənbəyisən. Futbolu başa düşməyin və işinə olan ehtirasın demək olar ki, bənzərsizdir. Yeni zirvələr arzulayıram və əla bir bayram keçirməyini… Bəlkə də bir stəkan qırmızı şərabla!”.
Qeyd edək ki, Qvardiolanın yubiley 1000-ci oyunu məhz Kloppun keçmiş komandası “Liverpul” qarşısında baş tutub və “.əhərlilər” 3:0 hesabı ilə qələbə qazanıblar.
-
Yaxın Şərq10:39Müctəba Xamenei “Hizbullah”a məktub yazdı: Vəd etdi ki...
-
Nida Xəbər 10:33Leyla Əliyevadan Rasim Balayevlə bağlı paylaşım - FOTO
-
Maraq dünyası09:54BÜRCLƏR üçün aprel ayının ən uğurlu və uğursuz günləri
-
Dünya09:36İrandan Hörmüzlə bağlı vacib açıqlama: 47 illik qonaqpərvərlik başa çatdı
-
Avropa07:47Milyarder bu universitetə 190 milyon funt-sterlinq ianə edəcək
-
Magazin206:16Bahar yenidən həbs ediləcək
-
Sağlamlıq05:45Gülüş ömrü niyə uzadır? - Terapevt izah etdi
-
İdman00:45Türkiyə millisi dünya çempionatına vəsiqə qazandı




































