İdman
UFC çempionu 46 yaşında boksda debüt etdi
Keçmiş UFC çempionu, belaruslu Andrey Arlovski peşəkar boksda uğurlu debüt edib.
Publika.az xəbər verir ki, ABŞ-ın Neşvill şəhərində keçirilən Misfits Boxing turnirində Arlovski amerikalı Keleçi Dayk (1–1, 1 KO) ilə qarşılaşıb və rəqibini dördüncü raundda nokauta salaraq qalib gəlib.
Qeyd edək ki, bu il Arlovski artıq “Dirty Boxing” və BKFC liqalarında da qələbələr qazanmışdı.
46 yaşlı Arlovski qarışıq döyüş növlərində peşəkar karyerasına 1999-cu ildə başlayıb, 2000-ci ildə isə UFC-də ilk döyüşünü keçirib. O, təşkilatın ağır çəkidə (120 kq-a qədər) çempionu olub. Həmçinin “Strikeforce” və “Fight Nights” liqalarında da çıxış edib.
-
Nida Xəbər 10:33Leyla Əliyevadan Rasim Balayevlə bağlı paylaşım - FOTO
-
Maraq dünyası09:54BÜRCLƏR üçün aprel ayının ən uğurlu və uğursuz günləri
-
Dünya09:36İrandan Hörmüzlə bağlı vacib açıqlama: 47 illik qonaqpərvərlik başa çatdı
-
Avropa07:47Milyarder bu universitetə 190 milyon funt-sterlinq ianə edəcək
-
Magazin206:16Bahar yenidən həbs ediləcək
-
Sağlamlıq05:45Gülüş ömrü niyə uzadır? - Terapevt izah etdi
-
İdman00:45Türkiyə millisi dünya çempionatına vəsiqə qazandı
-
Qoroskop00:15Günün ulduz falı - Münasibətlərdə anlaşılmazlıqlar ola bilər





































