İdman
Yamal İspaniya millisinin heyətindən çıxarıldı
“Barselona”nın cinah hücumçusu Lamin Yamal 2026-cı il dünya çempionatının seçmə mərhələsində Gürcüstan və Türkiyəyə qarşı keçiriləcək oyunlarda İspaniya millisinin heyətində çıxış etməyəcək.
Publika.az xəbər verir ki, İspaniya Kral Futbol Federasiyasının mətbuat xidmətinin məlumatına görə, yığma rəhbərliyi 18 yaşlı futbolçunun sağlamlığını riskə atmamaq üçün onu heyətdən çıxarmaq qərarına gəlib.
Komandanın rəsmi toplanışının ilk günündə Yamal qasıq nahiyəsindəki narahatlığı aradan qaldırmaq məqsədilə invaziv radiofrekans prosedurundan keçib. Tibbi hesabatda ona 7–10 günlük istirahət tövsiyə olunub.
İspaniya millisi 15 noyabrda seçmə mərhələnin 9-cu turunda səfərdə Gürcüstanla, 18 noyabrda isə evdə Türkiyə ilə qarşılaşacaq.
-
Yaxın Şərq10:39Müctəba Xamenei “Hizbullah”a məktub yazdı: Vəd etdi ki...
-
Nida Xəbər 10:33Leyla Əliyevadan Rasim Balayevlə bağlı paylaşım - FOTO
-
Maraq dünyası09:54BÜRCLƏR üçün aprel ayının ən uğurlu və uğursuz günləri
-
Dünya09:36İrandan Hörmüzlə bağlı vacib açıqlama: 47 illik qonaqpərvərlik başa çatdı
-
Avropa07:47Milyarder bu universitetə 190 milyon funt-sterlinq ianə edəcək
-
Magazin206:16Bahar yenidən həbs ediləcək
-
Sağlamlıq05:45Gülüş ömrü niyə uzadır? - Terapevt izah etdi
-
İdman00:45Türkiyə millisi dünya çempionatına vəsiqə qazandı





































