İdman
PSJ-nin futbolçusu təhdid olunur: Rusla görüşdüyünə görə - FOTO
Kiyev “Dinamo”sunun azarkeş qrupu PSJ-nin müdafiəçisi İlya Zabarnıya müraciət edib.
Publika.az xəbər verir ki, buna səbəb ukraynalı futbolçunun komanda yoldaşı, rus qapıçı Matvey Safonovla əl sıxması barədə yayılan xəbərlər olub.
Fransa klubunun sosial şəbəkələrdə paylaşdığı videoda Zabarnoqun təyyarə salonunda komanda yoldaşlarını salamladığı görünür. Kadrlarda futbolçulardan birinin sağ əlində iki üzük diqqət çəkib və istifadəçilər bunun Safonov olduğunu güman ediblər.
Bu məlumatlardan sonra Kiyev “Dinamo”sunun azarkeş birliyi həmin anın şəklini paylaşaraq yazıb: “Ya izah et, ya da biz soruşacağıq”.
Safonov 2024-cü ilin yayından PSJ-də çıxış edir, Zabarnı isə komandaya 2025-ci ilin avqustunda qoşulub. Ukraynalı müdafiəçi daha əvvəl “Futbol 360” "YouTube" kanalına verdiyi müsahibədə Safonovla yalnız məşqlərdə, klubdakı öhdəlikləri çərçivəsində ünsiyyətdə olduğunu bildirmişdi.
Heybət
-
Magazin102:42"Ən yaxşı cütlüy"ün NADİR FOTOLARI
-
Sosial02:12Ürəyi 45 dəqiqə dayanan qadın danışdı: "Həkimlər deyirlər ki, iki dəfə olub" - VİDEO
-
Səhiyyə00:306 aylıq körpəni saatlarla gözlətdilər - “Leyla Medical”a ağır ittiham
-
Magazin100:15Həmidə Ömərova ilk dəfə nəvəsinin FOTOSUNU PAYLAŞDI
-
Qoroskop00:00Günün ULDUZ FALI - Yeni planlar sizi həyəcanlandıra bilər
-
Magazin213 Dekabr 22:40Azərbaycan Ermənistana 3 xal verdi, onlar isə...
-
MDB13 Dekabr 22:12Rusiyada azərbaycanlılara qarşı ƏMƏLİYYAT - Sabirabadlı avtoritet saxlanıldı
-
Magazin113 Dekabr 21:24Səsləri onların qızı elan edəcək - FOTO



































