İdman
Messini Argentina millisinə gətirən əfsanə vəfat etdi: Leo onun haqda nələr yazdı - FOTOLAR
23 noyabrda Argentina millisinin uzun illər baş məşqçisi olmuş Omar Souto vəfat edib.
Publika.az xəbər verir ki, o, uzun sürən xəstəlikdən sonra 73 yaşında dünyasını dəyişib. Souto milli komandanın sistemində 30 ildən artıq çalışıb.
Omar Lionel Messinin Argentina yığmasında çıxış etməsini mümkün edən şəxslərdən biri hesab olunur. Messi Argentinada doğulsa da, İspaniya yığmasında oynamaq hüququ var idi. 2003-cü ildə Lionel “La Masiya”dan əsas komandaya yüksələndə Souto onu görmüş və U-20-yə çağırılması üçün hər şeyi etmişdi. Bu hadisə Ariel Senosayının “Messi, həqiqi dahidir” adlı kitabında da qeyd olunur.
Məlumata görə, Omar Rosaridoda yaşayan insanların telefon nömrələrinin olduğu arxivdən istifadə edib Messinin yaxınları ilə əlaqə yaradıb. Əvvəlcə Leonun nənəsinə, sonra dayısına, daha sonra isə atası Xorxe Messiyə zəng edib. Lakin danışıq zamanı Souto Messinin adını səhv salıb. “Onun atasına zəng edib özümü təqdim etdim və oğlunu yığmaya çağırmaq istədiyimizi dedim, amma adını səhv dedim: mən həmişə düşünürdüm ki, Leo – Leonardonun qısaldılmış formasıdır. Xorxe isə mənə “Onun adı Lionel”di dedi. O, Argentinadan gələcək zəngi gözləyirmiş”.

Omar Soutonu yad etmək üçün Lionel Messi üç birgə şəkil paylaşıb. Birincidə onlar birlikdə dünya çempionluq kuboku ilə poza verirlər, ikincidə Leo onu yoldaşlıq oyunundan sonra qucaqlayır, üçüncüdə isə Finalissima kuboku ilə şəkil çəkdiriblər. Messi yazıb:
“Sən həmişə yanımda oldun və məhz sən federasiyanın məni görməsinə kömək etdin. Milli komandada oynamaq şərəfi qazanmış hamımız üçün sən unudulmaz bir insansan. Qoy izlərin daim yaşasın. Səni heç vaxt unutmayacağıq, Omar. Məkanın cənnət olsun”.

Yulian Alvarez, Rodriqo de Paul, Leandro Paredes və Argentina millisinin digər üzvləri də sosial şəbəkələrdə ona ehtiramlarını bildiriblər.
Argentina Futbol Federasiyası üç günlük matəm elan edib və bayraqları endirib.
Heybət

-
İdman13:16Ronaldo və Messi yenidən üz-üzə: DÇ-2026-nın dörddəbir finalında qarşılaşa bilərlər
-
Hadisə13:09Bakıda şagird məktəbin pəncərəsindən yıxıldı
-
Rəsmi xronika12:20Nazir müavini təyin olunan Ağakərim Səmədzadə kimdir?
-
Dünya11:47Dəhşətli dərəcədə yaxındır - ABŞ-dan İran xəbərdarlığı
-
Sosial11:40Pensiya alanların nəzərinə
-
Rəsmi xronika11:04İlham Əliyev paraqvaylı həmkarını təbrik etdi
-
Yaxın Şərq10:48Əraqçidən hədə dolu bəyanat: İsraillə əlbir olanlar məsuliyyət daşıyacaqlar
-
Rəsmi xronika10:27Prezident bu nazirə yeni müavin təyin etdi - FOTO










.png)





















.jpg)


