İdman
Məşhur basketbolçu Cerrardın fanatıdır - “Bizim münasibətlərimizə heç vaxt nöqtə qoyulmayacaq”
Mövsümün sonunda "Liverpul"dan ayrılmağa qərar verən Stiven Cerrardın yeni klubu bəlli olub.
Publika.az xəbər verir ki, ingilis futbolçu ABŞ-ın "Los-Anceles Qalaksi" klubunun şərəfini qoruyacaq.
Bu barədə Los-Anceles təmsilçisinin baş məşqçisi Brus Arena açıqlama verib:
"Cerrard kimi futbolçunu hər bir baş məşqçi komandasında görmək istəyər. Böyük əfsanəylə bir yerdə çalışacağıma görə sevinirəm. Onu burda sevməyən tapılmaz. Qısacası, Cerrard yayda komandanın düşərgəsinə qoşulacaq".
Kaliforniya klubunun rəsmi saytı da 34 yaşlı yarımmüdafiəçiylə 1,5 illik müqavilə bağlandığını təsdiqləyib.
“Liverpul”un kapitanı və rəmzi artıq yeni klubuyla bağlı “Sky Sports”a açıqlama da verib:
“Hamını arxayın etmək istəyirəm ki, hələ də qələbələrə acam. “Los-Anceles Qalaksi”nin uğurları üçün əlimdən gələni edəcəm. Rəhbərliyin və məşqçilərin etimadı məni daha da ruhlandırır. Ümid edirəm ki, “Liverpul”dan birdəfəlik getmirəm. Nə vaxtsa bura qayıdacam. Bizim münasibətlərimizə heç vaxt nöqtə qoyulmayacaq”.
Artıq Cerrardın ABŞ səfərini səbirsizliklə gözləyənlər də var. “Los-Anceles Leykers”in basketbolçusu Kobi Brayant ingilis futbolçunun gəlişi münasibətiylə salamlama videoçarxı hazırlayıb:
“Dostuma nə deyə bilərəm ki? Los-Ancelesə xoş gəlmisən. Bu transferin “Qalaksi” üçün daha bir titul anlamına gəldiyini düşünürəm. Sənin burda meydana çıxacağın günü səbirsizliklə gözləyirəm. Uzun illərdir sənin fanatınam. Sənin peşəkarlığının, universallığının, liderlik keyfiyyətlərinin, inadkarlığının vurğunuyam. Bir daha xoş gəlmisən! Rahat ol! Səviyyəni göstər! Sənə ürəkdən azarkeşlik edəcəm”.
-
Magazin115:26
Tələbələrimin hamısı yuxarıdan tapşırılır - VİDEO
-
İdman15:00
Bütün Avropa bu qızları axtarır - FOTOLAR
-
Sosial14:55
“İpoteka haqqında” Qanuna dəyişiklik edildi: Kimlərə sərfəli olacaq?
-
Hadisə14:08
Bakının mərkəzində özünü binadan atan 37 yaşlı kişi şirkət işçisi imiş - FOTOLAR
-
Sosial13:18
Azərbaycanda uşağa görə bu ailələrə 435 AZN pul veriləcək - RƏSMİ
-
Sosial13:06
Sabah yağış yağacaq, külək əsəcək - PROQNOZ
-
Sosial12:30
Bakının bu qəsəbəsində hamı evini satır - 25-30 min...
-
Sosial11:35
Bakıda yanan TIR-da yatan sürücü son anda XİLAS EDİLDİ - VİDEO