İdman
Ukrayna Belarusla bağlı UEFA-ya müraciət etdi
Ukrayna Futbol Assosiasiyasının İcraiyyə Komitəsi UEFA prezidenti Aleksandr Çeferinə müraciət edərək Belarus milli komandasının 2026-cı il Avropa futzal çempionatında öz bayrağı altında iştirak etməsinin qarşısını almasını istəyib.
Publika.az xəbər verir ki, bu barədə UAF-ın mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, 2022-ci ildən etibarən belaruslulara yalnız neytral statusda yarışmağa icazə verilib və ya tamamilə qadağan olunub. Buna görə də Ukrayna UEFA-dan Belarusun yalnız “neytral” status altında yarışmasına icazə verməsini xahiş edir.
“Geniş yayılmış beynəlxalq təcrübə sübut edir ki, Belarus idmançılarının beynəlxalq yarışlarda yalnız neytral status altında iştirak etmələri tələbi müəyyən edilmiş qlobal standartlara tam uyğundur.
Biz Belarus komandasının Avropa Çempionatının final turnirində heç bir dövlət rəmzindən istifadə etmədən yalnız neytral komanda kimi iştirak etməsində israr edirik. Bu, yarışın idman bütövlüyünü tam qoruyacaq və hərbi təcavüzün dəstəklənməsi üçün sıfır tolerantlığı açıq şəkildə nümayiş etdirəcək”, – deyə bəyanatda bildirilir.
Avropa çempionatı 20 yanvar-7 fevral 2026-cı il tarixlərində keçiriləcək.
-
Region15:38Paşinyan bu dəfə xanım jurnalistlə mübahisə etdi: Sus, yoxsa qovulacaqsan
-
Nida Xəbər 14:24Azərbaycandan qayıdan Türkiyə təyyarəsini İsrail vurub?
-
Rəsmi xronika13:56Prezident onları qəbul etdi - YENİLƏNDİ
-
Nida Xəbər 13:06Xanımı Polad Həşimovun həmin fotosunu paylaşdı...
-
Nida Xəbər 12:32Bu, Ankara və Bakı üçün müstəqil bir dəyərdir və çox əvvəl hazırlanıb - Moskvadan etiraf
-
Yaxın Şərq10:26Trampın çıxışı İsraili təşvişə saldı: Bu ölkələr İrandan asılı vəziyyətə düşəcək
-
MDB09:30Rusiyadan Ermənistana dəmir yolu ilə bağlı təhdid: Nəticəsi acınacaqlı olacaq
-
Dünya08:4954 illik fasilədən sonra aya ilk uçuş gerçəkləşdi










.jpg)

























