İdman
Qattuzo gələcəyi ilə bağlı qərar verdi
İtaliya millisinin baş məşqçisi Cennaro Qattuzo vəzifəsindən ayrılacaq.
Publika.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano məlumat yayıb.
Martın 31-də italiyalılar 2026-cı il dünya çempionatına vəsiqə uğrunda pley-off oyununda Bosniya və Herseqovina millisinə (1:1, pen. — 1:4) məğlub olub. Bununla da İtaliya millisi ardıcıl üçüncü dəfə mundialdan kənarda qalıb.
O, uğursuzluqdan sonra postunu tərk etmək qərarına gəlib.
Ölkənin futbol federasiyasının (FIGC) prezidenti Qabriele Qravina daha əvvəl Qattuzodan postunda qalmasını xahiş etdiyini bildirib.
Qattuzo 2025-ci ilin yayında milliyə baş məşqçi təyin olunub. 48 yaşlı mütəxəssisin rəhbərliyi altında komanda 8 oyun keçirib, 6 qələbə qazanıb və 2 dəfə məğlub olub.
O, bundan əvvəl Xorvatiyanın “Hayduk”, Fransanın “Marsel”, İspaniyanın “Valensiya”, İtaliyanın “Napoli”, “Milan”, “Piza”, “Palermo”, Yunanıstanın OFİ və İsveçrənin “Sion” klublarında çalışıb.
Heybət
-
Dünya10:00İranla danışıqlar səhv və fəlakətdir - ABŞ-dan etiraf gəldi
-
Maraq dünyası09:48Uğur qapıları bu 4 bürc üçün açılır
-
Sosial08:24Pensiya ilə bağlı vacib məlumat - 30 min manatı tez almaq üçün…
-
Hadisə06:16Qəfil vəfat edən Leysan tanınmış ailənin övladı imiş
-
İdman05:45Dopinqə icazə verilən ilk turnir: Dünya rekordu qırdı, 1 milyon qazandı
-
ABŞ04:30ABŞ İrana 30 gün vaxt verəcək...
-
Hadisə03:19Dəm qazı faciəsi: Nənə öldü, nəvənin vəziyyəti ağırdır - Foto
-
Qoroskop02:00Günün ulduz falı: yeni başlanğıclar vaxtıdır

















.jpg)







.jpg)











