İdman
Tarixə düşən rus qapıçının imdadına hiylə çatıb? - Hər şey üzə çıxdı - FOTOLAR
PSJ-nin qapıçısı Matvey Safonovun “Flamenqo” ilə qitələrarası kubokun finalının (1:1, pen-2:1) penaltilər seriyasında etdiyi 4 qurtarış böyük rezonans doğurub.
Publika.az xəbər verir ki, rusiyalı qapıçı FİFA turnirləri tarixində ardıcıl 4 penalti zərbəsini dəf edən ilk qolkiper olub.
Seriyada Matveyə kömək edən əsas detallardan biri dəsmalda gizlədilmiş köməkçi qeydlər olub. Rəqiblərin zərbələrindən əvvəl qapıçı dəsmalı açaraq oyunöncəsi hazırlanmış qeydləri yaddaşında təzələyib.

Bu anlardan birində misirli jurnalist Məhəmməd Elhosar qapıçıya aid köməkçi qeydləri lentə almağa nail olub. Məlum olub ki, Safonovun dəsmalında “Flamenqo” futbolçularının penalti zərbələri ilə bağlı ətraflı məlumat yer alıb. Oyunçuların adları, fotoları, nömrələri və hansı ayaqla zərbə vurduqları qeyd edilib.

Braziliyanın statistik portalı "Noite de Copa" bildirir ki, həmin qeydlərdə futbolçuların penaltini qapının hansı hissəsinə vurduğu və bunun nə dərəcədə uğurlu olduğu da göstərilib. Yaşıl rəng futbolçunun son penalti zərbəsinin qol olduğunu, qırmızı rəng isə son cəhdin uğursuz alındığını ifadə edir.
Heybət

-
Region15:38Paşinyan bu dəfə xanım jurnalistlə mübahisə etdi: Sus, yoxsa qovulacaqsan
-
Nida Xəbər 14:24Azərbaycandan qayıdan Türkiyə təyyarəsini İsrail vurub?
-
Rəsmi xronika13:56Prezident onları qəbul etdi - YENİLƏNDİ
-
Nida Xəbər 13:06Xanımı Polad Həşimovun həmin fotosunu paylaşdı...
-
Nida Xəbər 12:32Bu, Ankara və Bakı üçün müstəqil bir dəyərdir və çox əvvəl hazırlanıb - Moskvadan etiraf
-
Yaxın Şərq10:26Trampın çıxışı İsraili təşvişə saldı: Bu ölkələr İrandan asılı vəziyyətə düşəcək
-
MDB09:30Rusiyadan Ermənistana dəmir yolu ilə bağlı təhdid: Nəticəsi acınacaqlı olacaq
-
Dünya08:4954 illik fasilədən sonra aya ilk uçuş gerçəkləşdi










.jpg)

























