İdman
Qadın hakim aləmi bir-birinə qatdı: Biabırçı qərarla - VİDEO
Vyetnamın qadınlardan ibarət futbol millisi Cənub-Şərqi Asiya Oyunlarının 33-cü buraxılışında qızıl medal uğrunda finalda Filippin yığması ilə üz-üzə gəlib.
Publika.az xəbər verir ki, qarşılaşma səs-küylü hakim qalmaqalı ilə yadda qalıb.
Görüşün əsas hadisəsi 29-cu dəqiqədə yaşanıb. Yarımmüdafiəçi Nqan Thi Van Su sağ cinahdan irəliləyərək cərimə meydançasına dəqiq ötürmə verib. Biç Tuy baş zərbəsi ilə Filippin millisini məyus edib.
Lakin vyetnamlı azarkeşlərin sevinci uzun sürməyib. Laoslu yan hakim Çantavonq Putsavan bayrağı qaldıraraq ofsayd qeydə alıb.
Təkrar görüntüdə Biç Thuyun rəqib müdafiə xəttindən xeyli aralıda olduğunu və qayda pozuntusunun olmadığını müəyyənləşib. Vyetnam futbolçularının etirazlarına rəğmən hakimlər briqadası qərarını dəyişməyib. Epizod sosial şəbəkələrdə ciddi narazılığa səbəb olub, azarkeşlər və ekspertlər bu qərarı taleyüklü səhv adlandırıblar.
Qeyd edək ki, matçın əsas və əlavə vaxtı 0:0 hesabı ilə başa çatıb. Penaltilər seriyasında isə Filippin millisi 6:5 hesabı ilə qalib gələrək tarixində ilk dəfə Cənub-Şərqi Asiya Oyunlarının qızıl medalını qazanıb.
Heybət
-
Region15:38Paşinyan bu dəfə xanım jurnalistlə mübahisə etdi: Sus, yoxsa qovulacaqsan
-
Nida Xəbər 14:24Azərbaycandan qayıdan Türkiyə təyyarəsini İsrail vurub?
-
Rəsmi xronika13:56Prezident onları qəbul etdi - YENİLƏNDİ
-
Nida Xəbər 13:06Xanımı Polad Həşimovun həmin fotosunu paylaşdı...
-
Nida Xəbər 12:32Bu, Ankara və Bakı üçün müstəqil bir dəyərdir və çox əvvəl hazırlanıb - Moskvadan etiraf
-
Yaxın Şərq10:26Trampın çıxışı İsraili təşvişə saldı: Bu ölkələr İrandan asılı vəziyyətə düşəcək
-
MDB09:30Rusiyadan Ermənistana dəmir yolu ilə bağlı təhdid: Nəticəsi acınacaqlı olacaq
-
Dünya08:4954 illik fasilədən sonra aya ilk uçuş gerçəkləşdi










.jpg)

























