İdman
Alleqri oyun vaxtı onu təhqir etdi
"Milan"ın baş məşqçisi Massimiliano Alleqri İtaliya Superkubokunun yarımfinalında "Napoli"yə 0:2 hesabı ilə məğlub olduqları oyunda rəqib komandanın meneceri Qabriele Orialini təhqir edib.
Publika.az xəbər verir ki, hadisə Adrien Rabionun Matteo Politanoya qarşı kobudluğundan sonra komandaların ehtiyat oyunçuları arasında yaşanan toqquşma zamanı baş verib. "Napoli"nin ehtiyat oyunçuları meydana qaçaraq "Milan"ın yarımmüdafiəçisinə qırmızı vərəqə göstərilməsini tələb ediblər.
"Sportmediaset"in məlumatına görə, yaranmış gərginlik zamanı Alleqri Orialini “axmaq” adlandırıb. Bundan sonra "Milan"ın nümayəndələri müdaxilə edərək baş məşqçini sakitləşdirib və texniki zonaya qaytarıblar.
"Napoli" klubu məsələ ilə bağlı rəsmi açıqlama yayaraq Alleqrinin davranışını qəti şəkildə pisləyib. Açıqlamada bildirilib ki, İtaliya Superkubokunun yarımfinalı zamanı onlarla insanın gözü qarşısında və televiziya vasitəsilə canlı yayımda Qabriele Orialinin dəfələrlə kobud şəkildə təhqir edilməsi yolverilməzdir.
Neapol təmsilçisi vurğulayıb ki, bu cür tam nəzarətdən çıxmış aqressiya diqqətdən kənarda qalmamalıdır və xüsusilə də yayım zamanı 33 kameranın iştirak etdiyi bir matçda baş verənlərin qeydə alınmaması mümkün deyil.
Heybət
-
Magazin118:30Ağakərimin harada dəfn olunacağı bilindi
-
Hadisə17:12Azərbaycanın əməkdar məşqçisi vəfat etdi
-
Hadisə16:34Ağakərim vəfat etdi
-
MDB16:03Rusiyanın real durumu: Putin həlak olmuş əsgərin arvadından ÜZR İSTƏDİ
-
İdman15:07Messiyə Hindistanda 1,1 milyon dollarlıq hədiyyə verildi: Nadirdir - FOTO
-
Magazin214:30Məşhurların həbsi davam edir: “Muhteşem Yüzyıl”ın ulduzu da saxlanıldı - FOTO
-
İdman13:54Ukrayna xalqının azərbaycanlı oğlu: Müharibədə ölən hakimi ölüm günündə yad etdilər
-
Region13:04Azərbaycanın Ermənistana benzin göndərməsi Türkiyədə gündəm oldu: Nə deyirlər?

























