İdman
Çövkən yarışlarının qrup mərhələsi yekunlaşdı - VİDEO
Atçılıq Federasiyasının təşkilatçılığı ilə Binə Atçılıq Mərkəzində 12-ci Prezident Kuboku uğrunda çövkən yarışlarının qrup mərhələsinin son oyunları keçirilib.
Bu barədə Publika.az-a Federasiyadan bildirilib.
Qrup mərhələsinin son oyun günündə ilk qarşılaşma Polad və Sərhədçi çövkən komandaları arasında keçirilmiş və oyun 1:1 hesablı heç-heçə ilə başa çatıb.
Günün ikinci qarşılaşmasında isə Elit çövkən komandası Buta Golden komandası üzərində 4:2 hesablı qələbə qazanıb.
Keçirilən oyunların nəticələrinə əsasən, A qrupunda Polad komandası 1-ci yeri, Sərhədçi komandası 2-ci yeri, Zəfər komandası isə 3-cü yeri tutub.
B qrupunda isə Elit komandası 1-ci yerə, Embawood komandası 2-ci yerə, Buta Golden komandası isə 3-cü yerə layiq görülüb.
Yarışın əsasnaməsinə uyğun olaraq, hər qrupdan ilk iki yeri tutan komandalar yarımfinal mərhələsinə vəsiqə qazanıb. Yarımfinal mərhələsində A qrupunun birincisi B qrupunun ikincisi ilə, B qrupunun birincisi isə A qrupunun ikincisi ilə qarşılaşacaq.
Yarımfinal oyunları 22 dekabr tarixində saat 15:00-dan etibarən keçiriləcək. Polad – Embawood və Sərhədçi – Elit qarşılaşmaları azarkeşlərin diqqət mərkəzində olacaq.
12-ci Prezident Kuboku uğrunda yarışların qalibi 24 dekabr tarixində saat 15:00-da keçiriləcək final oyununda müəyyənləşəcək. Həmin gün yarımfinal mərhələsində məğlub olan komandalar isə 3-cü yer uğrunda keçiriləcək qarşılaşmada mübarizə aparacaqlar.
-
Qarabağ 21:24Polad Bülbüloğlu oğlu ilə birlikdə Şuşadakı bağında - VİDEO
-
Sosial21:00Leyla Əliyeva Nüsrət Kəsəmənlinin şeirini səsləndirdi - VİDEO
-
Magazin120:12Röya Ayxandan Aygün Kazımovanın qızı ilə bağlı PAYLAŞIM - VİDEO
-
İdman19:36"Fənərbaxça"nın Baş Prokurorluğa çağrılan prezidenti ilə bağlı YENİ XƏBƏR
-
Region18:24Türkiyədə məşhur bloqer HƏBS EDİLDİ
-
Nida Xəbər 18:12Azərbaycan qatarı Ermənistana çatdı - FOTO
-
Region17:38Türkiyəyə növbəti dəfə PUA düşdü
-
Hadisə17:09Bloqer Tünzalə Sultanovanın ölüm xəbəri yayıldı

























