Avropa
Zelenski Putinin seçkilərlə bağlı təklifinə belə CAVAB VERDİ
"İtirilmiş ərazilərdə seçkilər keçirilməyəcək".
Publika.az “Ukrinform”a istinadla xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
Beləliklə, dövlət başçısı Rusiya Federasiyası Prezidenti Vladimir Putinin Ukraynada seçkilər keçiriləcəyi halda Rusiyanın nəzarətində olan ərazilərdə yaşayan vətəndaşların səslərinin nəzərə alınması təklifinə cavab verib.
“Ukraynanın nəzarətində olmayan ərazilərdə seçkilər keçirilə bilməz, çünki aydındır ki, onların necə keçiriləcəyi məlumdur”, - deyə Zelenski Portuqaliyanın baş naziri Luiş Monteneqru ilə birgə mətbuat konfransında bildirib.
Eyni zamanda o vurğulayıb ki, Kiyev seçkilərin təşkili zamanı müəyyən çətinliklərlə üzləşə bilər, çünki hazırda çox sayda ukraynalı xaricdə yaşayır. Dövlət başçısının sözlərinə görə, Ukraynanın Xarici İşlər Nazirliyi xaricdə səsvermə üçün infrastruktur yaratmaq üzərində işləyir.
Dekabrın 20-də Zelenski bəyan edib ki, vəzifəsinə bağlanmaq niyyətində deyil və Ukraynada demokratik seçkilər keçirməyə hazırdır. Lakin onun sözlərinə görə, səsvermə yalnız bütün imkanlar təmin olunduğu halda təşkil edilə bilər.
Bundan bir gün əvvəl Putin birbaşa xətt və böyük mətbuat konfransını birləşdirən tədbir keçirib. O, tədbir zamanı diqqətə çatdırıb ki, Rusiyada seçkilər xüsusi hərbi əməliyyat fonunda baş tutub. Bununla yanaşı, Rusiya hakimiyyəti heç bir təhlükəsizlik zəmanəti tələb etməyib.
Hüseyn İbadlı
-
İdman00:30Totti etiraf etdi: “Bunu edə bilərdim, amma “Roma”ya xəyanət etmədim”
-
Qoroskop00:00Günün ULDUZ FALI - O sizə ən doğru yolu göstərəcək
-
Magazin122 Sentyabr 23:20Aktyor Rəşad Səfərov xəstəxanaya yerləşdirildi
-
Nida Xəbər 22 Sentyabr 23:00Özbəkistan Naxçıvana görə işçi qrup yaratdı
-
ABŞ22 Sentyabr 22:36Tramp-Zelenski görüşü başladı - VİDEO
-
İdman22 Sentyabr 21:50UFC çempionu qəzaya düşdü - “Mən axmağam!”
-
Magazin122 Sentyabr 21:24Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
-
Elm və təhsil22 Sentyabr 19:36BDU-da dərslərlə bağlı belə qərar verildi























.jpg)













