Sosial
Yarımtikilidən oğurluq edən şəxs SAXLANILDI
Qaradağ rayonu ərazisində oğurluq hadisəsi qeydə alınıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, naməlum şəxs bir yarımtikilidən ümumi dəyəri 1400 manat olan inşaat materiallarını hissə-hissə oğurlayaraq satıb.
Qaradağ Rayon Polis İdarəsinin 11-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 42 yaşlı M. Mahmudov müəyyən olunaraq saxlanılıb. Ondan narkotik vasitə olan heroin da aşkarlanaraq götürülüb.
Aparılan araşdırmalarla saxlanılan şəxsin rayon ərazisində yerləşən anbarların birindən 48 ədəd kombi oğurlaması da məlum olub.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
-
Sosial01:11"Heç bir halda bu ölkəyə getməyin: peşman oldum" - Professordan ÇAĞIRIŞ
-
Region00:30İranda milli matəm elan edildi
-
Qoroskop00:15Günün ULDUZ FALI - Əla fürsətlər qarşınıza çıxacaq
-
İdman11 Yanvar 22:12Dünya çempionu vəfat etdi
-
İdman11 Yanvar 22:00Azərbaycanı seçib himnimizi oxudu - VİDEO
-
ABŞ11 Yanvar 21:24Kuba Prezidenti Trampın ultimatumuna CAVAB VERDİ
-
İdman11 Yanvar 20:36Qara Qarayevə VƏZİFƏ VERİLDİ
-
Səhiyyə11 Yanvar 20:12Sərxoş ananın dünyaya gətirdiyi körpənin qanında GÖRÜN NƏ TAPILDI




































