İdman
“Qəbələ” “Qarabağ”a məğlub oldu - YENİLƏNİB
Misli Premyer Liqasında XVI turun daha bir oyunu keçirilib.
Publika.az-ın məlumatına görə, günün ilk matçında "Qarabağ" "Qəbələ"nin qonağı olub.
Qarşılaşma "köhlən atlar"ın qələbəsi ilə bitib - 2:1.
Meydan sahiblərinin heyətində 6-cı dəqiqədə Prins Ovusu fərqlənib.
Ağdam klubunda 27-ci dəqiqədə Bədavo Hüseynov, 79-cu dəqiqədə Marko Yankoviç adını tabloya yazdırıb.
Xallarının sayını 36-ya çatdıran "Qarabağ" hazırda liderdir. "Qəbələ" 8 xalla 11-cidir.
Günün ikinci matçında "Araz-Naxçıvan" "Şamaxı" ilə üz-üzə gələcək.
Qeyd edək ki, XVI tura dekabrın 22-də "Sumqayıt" - "Sabah" oyunu ilə yekun vurulacaq. Daha əvvəl "Turan Tovuz" "Kəpəz"i (2:0), "Neftçi" "Karvan-Yevlax"ı (2:1) məğlub edib. "Zirə" - "İmişli" qarşılaşmasında qolsuz heç-heçə qeydə alınıb.
11:42
Bu gün Misli Premyer Liqasında XVI turun daha iki oyunu keçiriləcək.
Publika.az xəbər verir ki, “Qəbələ” “Qarabağ”ı, “Araz-Naxçıvan” isə “Şamaxını” qəbul edəcək.
Görüşlər müvafiq olaraq, saat 15:00-da və 17:30-da başlayacaq.
Tura dekabrın 22-də keçiriləcək “Sumqayıt”-“Sabah” matçı ilə yekun vurulacaq.
21 dekabr
15:00. “Qəbələ” – “Qarabağ”
Hakimlər: Əli Əliyev, Namiq Hüseynov, Cəmil Quliyev, Nicat İsmayıllı
VAR: Rauf Cabarov
AVAR: Elşad Abdullayev
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Eldar Məmmədov
Qəbələ şəhər stadionu.
17:30. “Araz-Naxçıvan” – “Şamaxı”
Hakimlər: Fərid Hacıyev, Rahil Ramazanov, Eyyub İbrahimov, İnqilab Məmmədov
VAR: Əliyar Ağayev
AVAR: Kamranbəy Rəhimov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Asif Əliyev
“Liv Bona Dea Arena”.
-
Region15:38Paşinyan bu dəfə xanım jurnalistlə mübahisə etdi: Sus, yoxsa qovulacaqsan
-
Nida Xəbər 14:24Azərbaycandan qayıdan Türkiyə təyyarəsini İsrail vurub?
-
Rəsmi xronika13:56Prezident onları qəbul etdi - YENİLƏNDİ
-
Nida Xəbər 13:06Xanımı Polad Həşimovun həmin fotosunu paylaşdı...
-
Nida Xəbər 12:32Bu, Ankara və Bakı üçün müstəqil bir dəyərdir və çox əvvəl hazırlanıb - Moskvadan etiraf
-
Yaxın Şərq10:26Trampın çıxışı İsraili təşvişə saldı: Bu ölkələr İrandan asılı vəziyyətə düşəcək
-
MDB09:30Rusiyadan Ermənistana dəmir yolu ilə bağlı təhdid: Nəticəsi acınacaqlı olacaq
-
Dünya08:4954 illik fasilədən sonra aya ilk uçuş gerçəkləşdi




































