İdman
İlham Əliyevin doğum gününə həsr olunmuş turnir keçirildi - FOTOLAR
Zeyd Döyüş Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin doğum gününə həsr olunmuş MMA üzrə turnir keçirilib.
Publika.az xəbər verir ki, dekabrın 20-də “Sərhədçi” İdman Kompleksində təşkil olunan tədbirin açılış mərasimində ictimaiyyət nümayəndələri, federasiya prezidentləri, peşəkar idmançılar və rəsmi şəxslər iştirak ediblər. Əvvəlcə Dövlət himni səsləndirilib və şəhidlərin əziz ruhu bir dəqiqəlik sükutla yad edilib.
Açılış nitqi ilə çıxış edən ZFC-nin prezidenti Emin Əliyev turnirin Prezident İlham Əliyevin doğum gününə həsr olunduğunu bildirib, Zeyd Döyüş Mərkəzinin adından dövlət başçısını səmimi qəlbdən təbrik edib: “Müzəffər Ali Baş Komandanın idmana göstərdiyi diqqət və qayğının nəticəsi olaraq Bakı şəhəri 2026-cı il üçün dünya idmanının paytaxtı elan edilib”.
Emin Əliyev İdmanın inkişafına verdiyi töhfələrə görə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının prezidenti Vüqar Əhmədovu təltif edib, tədbirin təşkilində göstərilən dəstəyə görə Zeyd Döyüş Mərkəzinin təsisçisi Əli Əsgərova və MMA və Qrapplinq Federasiyasının prezidenti Azad Əsgərova təşəkkürünü bildirib.
Daha sonra çıxış edən millət vəkilləri Fazil Mustafa və Vüqar İskəndərov idmanın ölkənin inkişafında, xüsusilə gənclərin sağlam fiziki və mənəvi formalaşmasında mühüm rol oynadığını qeyd ediblər.
Qeyd edək ki, turnirdə 22 idmançı iştirak edib, ümumilikdə 11 döyüş baş tutub. Yarışın sonunda idmançılara müxtəlif məbləğlərdə pul mükafatları, qalib idmançıya isə kubok və digər təltifnamələr təqdim olunub





.jpg)










-
Region15:38Paşinyan bu dəfə xanım jurnalistlə mübahisə etdi: Sus, yoxsa qovulacaqsan
-
Nida Xəbər 14:24Azərbaycandan qayıdan Türkiyə təyyarəsini İsrail vurub?
-
Rəsmi xronika13:56Prezident onları qəbul etdi - YENİLƏNDİ
-
Nida Xəbər 13:06Xanımı Polad Həşimovun həmin fotosunu paylaşdı...
-
Nida Xəbər 12:32Bu, Ankara və Bakı üçün müstəqil bir dəyərdir və çox əvvəl hazırlanıb - Moskvadan etiraf
-
Yaxın Şərq10:26Trampın çıxışı İsraili təşvişə saldı: Bu ölkələr İrandan asılı vəziyyətə düşəcək
-
MDB09:30Rusiyadan Ermənistana dəmir yolu ilə bağlı təhdid: Nəticəsi acınacaqlı olacaq
-
Dünya08:4954 illik fasilədən sonra aya ilk uçuş gerçəkləşdi




































