“Real”dan Laportaya cavab: İyrənc davranmağa davam edəcəyik
Bizi izləyin

İdman

“Real”dan Laportaya cavab: İyrənc davranmağa davam edəcəyik

“Real Madrid” televiziyası “Barselona” prezidenti Joan Laportanın klub televiziyasının daim yalan danışdığı və “atmosferi amansızcasına zəhərlədiyi” barədə açıqlamasına cavab verib.

Publika.az xəbər verir ki, “Real Madrid” telekanalında aparıcı deyib:

“Əgər bu iyrənc davranışdırsa, onda biz iyrənc davranmağa davam edəcəyik. Heç nə unudulmasın deyə bunu etməyə davam edəcəyik. Bu, təkcə bir kluba deyil, bütün İspaniya futbol və idman ictimaiyyətinə aiddir, çünki bu, ölkənin imicinə təsir göstərir. Biz iyrənc davranmağa davam edəcəyik”.

La Liqada 17 oyundan sonra “Barsa” 43 xalla birinci yerdədir. “Real” isə 18 oyundan sonra 42 xalla ikinci yerdədir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm