İdman
"Barselona"ya qayıdan ulduz futbolçu bu gözəllə sevgilidir: 17 yaşından başlayan macəra - FOTOLAR
2026-cı ilin ən gözlənilməz transferlərindən biri Joao Kanselonun “Barselona”ya qayıdışı oldu.
Publika.az xəbər verir ki, “Əl-Hilal”ın müdafiəçisi 2023/24 mövsümündə çıxış etdiyi Kataloniya klubuna icarə əsasında keçib.
Kanselo mövsümün sonuna qədər, yəni cəmi beş aylıq müddətə Barselonaya köçür, amma ailəsi ilə birlikdə. Bu da Joao Kanselonun nişanlısı Daniyela Maçadonu yenidən gündəmə gətirir.

Daniyela 1993-cü ilin mayında anadan olub. Yazda 33 yaşı tamam olacaq və Joaudan bir yaş böyükdür. Kanselonun da doğum günü may ayındadır.
Daniyela modeldir, eyni zamanda influenser kimi fəaliyyət göstərir. Onun "Instagram"da 129 minə yaxın izləyicisi var. Müqayisə üçün deyək ki, Kanselonun 8 milyondan çox izləyicisi mövcuddur. Bundan başqa, Daniyela geyimlərin kreativ dizaynı və tikilişi sahəsində də biliklərə malikdir. Təsadüfi deyil ki, o, Lissabon Dizayn Məktəbini bitirib.

Joao və Daniyela 2011-ci ildə Portuqaliyanın paytaxtı Lissabonda tanış olublar. O zaman Kanselonun cəmi 17 yaşı var idi və o, hələ böyük futbolda debüt etməmişdi. Yalnız “Benfika”nın gənclər komandasında çıxış edirdi. Əsas komandadakı ilk oyununu 2014-cü illin mayında keçirmişdi.
İllər ərzində cütlük Avrasiya boyunca bir çox şəhərdə yaşamalı olub - Lissabon, Valensiya, Milan, Turin, Mançester, Münhen, Barselona, Ər-Riyad və indi yenidən Barselona.

24 dekabr 2019-cu ildə cütlüyün Alisiya adlı qızı dünyaya gəlib. Daniyela ona böyük sevgi ilə yanaşır və sosial şəbəkələrdə qızına həsr olunmuş çoxsaylı paylaşımlar edir. “Mənə sevginin əsl mənasını öyrədən”, “Birinci qız ən yaxşı dostdur”, “Sən dünyaya gələndən sonra həyat daha gözəl oldu” – o, Alisiya haqqında belə yazır.
2024-cü ildə Kanselo ikinci dəfə ata olub. Lakin ikinci qızlarının adını nədənsə gizli saxlayırlar.

Maraqlıdır ki, Joao və Daniyela hələ də rəsmi nikaha daxil olmayıblar. Onlar nişanlıdırlar. 2021-ci ilin yayında, Avropa çempionatı zamanı Maldiv adalarında Daniyelaya evlilik təklifi edib. Amma toy hələ də baş tutmayıb. Ola bilsin, Kanselo evliliyə İspaniya çempionu və Çempionlar Liqasının qalibi statusunda daxil olmaq istəyir. Çünki bu titullar onun karyerasında hələ də yoxdur.












-
Sosial14:12Azərbaycanda bu sahələrdə çalışanların maaşı artdı - Rəsmi
-
Nida Xəbər 13:14Ramiz Mehdiyevin gəlininə məxsus bank yenə yalan məlumat yaydı
-
Qoroskop13:022026-cı il onlardan yana olacaq - Ən şanslı bürclər
-
Avropa12:24Rusiya şəhərlərini raketlərlə hədəf almışıq: Makron etiraf etdi
-
MDB11:03Kadırov ölüm ayağındadır? - 3 gün ərzində…
-
Sosial10:36Bu şəxslər metroda əlavə pul ödəyəcək
-
Dünya09:18Moskvadan İranla bağlı şok bəyanat: Bunu əsla qəbul etmirik
-
ABŞ08:48ABŞ-a məxsus bombardmançı təyyarə radarlardan YOXA ÇIXDI


















.jpg)




















